Sosial Fəaliyyətlər BİGA-da Rəqəmsal Dövrün Gəncləri Adlı Panel Keçirilib

BİGA-da Rəqəmsal Dövrün Gəncləri Adlı Panel Keçirilib

10

Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılığı ilə “Rəqəmsal dövrün gəncləri” adlı panel keçirilib.

BİGA-nın koordinatoru Şahalı Cəlilov müasir dövrün rəqəmsal dünya kimi səciyyənləndirildiyini və gənclərin rəqəmsal dövrün mövularına bələd olmalarının vacib olduğunu bildirib. Məhz bu məqsədlə “Rəqəmsal dövrün gəncləri” panelinin baş tutduğunu qeyd edib.

Panel müzakirələrdə akademiyanın üzvləri Zəkayi Abbaszadə “Kodular və müasir proqramlaşdırma”, Xəyyam Cəbrayılov “Süni İntellektin günümüzdə istifadəsi”, Müzəffər Mustafayev “WordPress Veb saytların realizasiyasında yeni dövr” və Seyhun Saatov “Canva vasitəsilə professional dizayn” mövzuları ilə çıxış edib.

Sonda mövzular ətrafında müzakirə aparılıb və iştirakçıların sualları cavablandırılıb.