Sosial Fəaliyyətlər Məşhur Türkiyəli Yazıçı Hayati Tek GYF-nin Qonağı Olub

Məşhur Türkiyəli Yazıçı Hayati Tek GYF-nin Qonağı Olub

23

Bu gün Türkiyəli məşhur yazıçı Hayati Tek Gəncliyə Yardım Fondunun qonağı olub.

Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonağa Fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib, hər gün daha da möhkəmlənən Azərbaycan və Türkiyə əlaqələrinin iki dövlət arasında bütün müstəvilərdə, o cümlədən sosial fəaliyyətlərə müsbət təsir etdiyini bildirib.

Hayati Tek bəy də öz növbəsində Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirərək fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində ‎uğurlar arzulayıb.‎

Görüşün sonunda qonağa Fond tərəfindən hədiyyə təqdim edilib və xatirə fotosu çəkilib.

Qeyd edək ki, Hayati Tek Azərbaycan və Türkiyə qardaşlığının simvoluna çevrilən “Qardaş Köməyi” romanının müəllifidir.