Sosial Fəaliyyətlər “Axıskalı Könüllü Təhsil İşçiləri Birliyi Dərnəyi”nin (AHGEB) sədri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

“Axıskalı Könüllü Təhsil İşçiləri Birliyi Dərnəyi”nin (AHGEB) sədri Gəncliyə Yardım Fondunu Ziyarət Edib

16

Bu gün “Axıskalı Könüllü Təhsil İşçiləri Birliyi Dərnəyi”nin (AHGEB) sədri Yahya Kamaloğlu və Üsküdar Kaptan Paşa məscidinin imamı Binali Murtazaoğlu Gəncliyə Yardım Fondunu Ziyarət Edib. Ziyarət çərçivəsində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüş keçirilib.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

Yahya Kamaloğlu də öz növbəsində təşəkkürünü bildirib, Gəncliyə Yardım Fondunun gördüyü işləri yüksək qiymətləndirib və bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda qonağa Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyyəsi təqdim edilib.