5 iyun 2026-cı il tarixində Gəncliyə Yardım Fondu H.Z. Tağıyev adına Konfrans Zalında “Bir uşağın sabahına işıq ol!” şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilb.
Sərginin açılış mərasimində Azərbaycandakı səfirliyin müşavirləri, ictimai xadimlər, elm adamları, media nümayəndələri, Türkiyənin QHT rəhbərləri, Türkiyənin Azərbaycandakı məktəblərinin rəhbərləri, iş adamları iştirak edib.
Torpaqlarımızın azadlığı və ölkəmizin suverenliyi uğrunda əziz canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı səsləndirilib.
Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç çıxış edərək bildirib ki, Azərbaycan xalqı tarix boyu ehtiyacı olanın yanında olmağı, əl tutmağı, paylaşmağı özünün mənəvi borcu hesab etmişdir. Xeyriyyəçilik bizim üçün sadəcə maddi yardım deyil, vicdanın, mərhəmətin və insan sevgisinin təzahürüdür. Qədim məhəllə ənənələrimizdən tutmuş, böyük xeyriyyəçilərimizin fəaliyyətinə qədər hər yerdə bu dəyərlərin izlərini görürük. Türk və Azərbaycan xalqlarının ortaq mədəniyyətində də yardımlaşma, qonşuya sahib çıxmaq, kimsəsizin əlindən tutmaq ən yüksək insani keyfiyyətlərdən biri hesab edilmişdir. Əsrlər boyu yaşadılan bu dəyərlər bu gün də bizi bir araya gətirir, cəmiyyətimizi daha güclü və daha mərhəmətli edir.
Türkiyə Cumhuruyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünün həyat yoldaşı Zöhrə Akgün çıxış edərək sərgidə əməyi keçən Azərbaycan və Türkiyəli xanımlara öz təşəkkürünü bildirib. Zanım Akgün Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri yalnız siyasi və iqtisadi sahələrdə deyil, həm də xeyriyyəçilik və sosial həmrəylik kimi mənəvi dəyərlərdə özünü göstərdiyini qeyd edib. Bu gün burada nümayiş olunan birlik və paylaşma ruhu cəmiyyətlərimizin ən gözəl xüsusiyyətlərindən biridir.
Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında xeyriyyəçilik təşəbbüslərinin cəmiyyətlər arasında həmrəyliyi gücləndirdiyini və sosial məsuliyyət hissini artırdığını vurğulayıb. Ufuk Turganer təşkilatçılara təşəkkürünü bildidirib və müvəffqiyyətlər arzulayıb.
“Bizim Ailə” jurnalının baş redaktoru Dr. Gülnarə Seyidova xeyriyyə sərgisinin təşkilat komitəsi adından çıxış edərək, sərginin ərsəyə gəlməsindəki əsas məqsədlər haqqında tədbir iştirakçılarına məlumat verib. Dr. Gülnarə Seyidova builki sərgidən əldə olunan vəsitin Gəncliyə Yardım Fondunun “Bir uşağın sabahına işıq ol!layihəsi çərçivəsində valideyn himayəsindən uzaq olan uşaqlar və ehtiyac sahibi ailələrin övladlarına dəstək olunacağaını bildirib.
Türkiyənin Azərbaycandakı Din Xidmətləri müşaviri İhsan Açık çıxışında xeyriyyə işlərinin dinimizdə və mədəniyyətimizdə böyük mənəvi dəyər daşıdığını vurğulayıb. Bu cür təşəbbüslərin cəmiyyətlərdə mərhəmət və paylaşma ruhunu gücləndirdiyini bildirib və təşkilatçılara təşəkkürünü bildirib.
Qeyd edək ki, sərgi iki gün davam edəcəkdir. Sərgidən əldə olunan vəsait valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil xərclərinə sərf ediləcəkdir.


























