12 iyun 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində türk dünyasının zəngin musiqi irsini əks etdirən “Barışın Türküsü: Turandan Gələn Səda” adlı möhtəşəm konsert proqramı keçirilib.
Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Həmrəylik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə türk xalqlarının ortaq mədəni dəyərlərini, musiqi ənənələrini və mənəvi birliyini əks etdirən əsərlər səsləndirilib.
Konsertdə dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, elm adamları, gənclər və çoxsaylı musiqisevərlər iştirak ediblər. Tədbirdə Gəncliyə Yardım Fondunun rəhbərliyi də iştirak edərək türk dünyasının mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən təşəbbüslərə dəstəyini ifadə edib.
Gecə boyunca səsləndirilən musiqi nümunələri tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Konsert türk xalqları arasında dostluq, qardaşlıq və mədəni həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edən əhəmiyyətli tədbirlərdən biri kimi yadda qalıb.
Tədbirin sonunda təşkilatçılara və iştirakçılara təşəkkür ifadə olunub, bu kimi mədəni layihələrin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.












