Tədbirdə Şimali Kipr Türk Respublikasının Baş naziri Ünal Üstel,Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turqaner, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç, eləcə də dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində Şimali Kipr Türk Respublikasının zəngin milli-mədəni irsini, incəsənətini, musiqisini, xalq rəqslərini, milli mətbəxini və turizm potensialını əks etdirən sərgi və təqdimatlar nümayiş olunub.
“Mədəniyyət Günü” iştirakçılara Şimali Kiprin tarixi, mədəni dəyərləri və turizm imkanları ilə yaxından tanış olmaq, həmçinin iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə vermək imkanı yaradıb.












