Uncategorized GYF Rəhbərliyi “Bir Mədəniyyət Xəzinəsi” Sərgisinin Açılış Mərasimində İştirak Edib

GYF Rəhbərliyi “Bir Mədəniyyət Xəzinəsi” Sərgisinin Açılış Mərasimində İştirak Edib

4

Azərbaycan Milli Xalça Muzeyində Kaşğarlı Mahmudun ölməz əsəri “Divanü lüğat-it-türk”ün yazılmasının 950 illiyinə həsr olunmuş “Bir mədəniyyət xəzinəsi: Divanü lüğat-it-türk” adlı sərginin açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə bağlı Olğunlaşma İnstitutları, Bakı Yunus Emre İnstitutu və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində Gəncliyə Yardım Fondunun rəhbəri Salih Zeki Meriç və Zeki Şahin də iştiraj edib. Tədbirdə Azərbaycan və Türkiyə arasında ortaq tarixi-mədəni irsin qorunması, türk dünyasının zəngin mənəvi dəyərlərinin təbliği və gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.

Sərgidə Kaşğarlı Mahmudun dünya türkoloji elminin ən qiymətli mənbələrindən hesab olunan “Divanü lüğat-it-türk” əsərinin zəngin irsini əks etdirən eksponatlar, dekorativ-tətbiqi sənət nümunələri, milli geyimlər, toxuculuq və əl işləri nümayiş olunub. Ekspozisiya ziyarətçilərə türk mədəniyyətinin dərin köklərini və ortaq dəyərlərini yaxından tanımaq imkanı yaradıb.