Uncategorized GYF Rəhbərliyi “I. Dünya Savaşında Azərbaycan’da Osmanlı esirleri – Azerbaycan Türklerinin Esirlere...

GYF Rəhbərliyi “I. Dünya Savaşında Azərbaycan’da Osmanlı esirleri – Azerbaycan Türklerinin Esirlere Yardımları” Kitabının Təqdimatında İştirak Edib

1

Oktyabrın 31-də Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin üzvləri Xəzər Universitetində keçirilən “I. Dünya Savaşında Azərbaycan’da Osmanlı esirleri – Azerbaycan türklerinin esirlere yardımları” kitabının təqdimatında iştirak edib

Kitab Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Xəzər Universiteti nəşriyyatı tərəfindən çap edilib. Layihənin elmi redaktoru və koordinatoru Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin rəhbəri dosent Telman Nüsrətoğludur.

Rusiya, Gürcüstan, Osmanlı və Azərbaycan arxivlərində aparılan araşdırmalar nəticəsində ilk dəfə olaraq çoxsaylı əsir məktubları, raportlar, Kızılay sənədləri və orijinal qəzet yazıları elmi dövriyyəyə daxil edilib.

Əsər Nargin adasının tarixdə necə “ölüm adası” kimi tanındığını, minlərlə Osmanlı əsgərinin aclıq, xəstəlik və səfalət içində mübarizə apardığını sənədlərlə göstərir. Bu faciə təkcə bir millətin deyil, bütün Türk dünyasının ortaq yaddaşına çevrilib.

Redaktor Telman Nüsrətoğlu qeyd edir ki, bu layihə “yalnız tarixi sənədlərin toplusu deyil, həm də Türk dünyasının vicdan tarixinin bir parçasıdır”.

Qeyd edək ki, kitab Birinci Dünya müharibəsi dövründə Bakının yaxınlığındakı Nargin adasında və Qafqaz cəbhəsində əsir düşən Osmanlı türklərinin ağır həyat şəraitini, eyni zamanda, Azərbaycan türklərinin onlara göstərdiyi yardım və fədakarlıq nümunələrini orijinal arxiv sənədləri və dövrün mətbuat materialları əsasında üzə çıxarır.