Gaziantep İslam Elm ve Texnologiya Universitetinin müəllimi Dos. Cuma Karan, Qaradəniz Texniki Universitetinin müəllimləri Ahmet Kurt, Kadir və Bayram bəy, eyni zamanda “Ana Yurddan Ata Yurda Könül Körpüsü” platformasının üzvü Muammer Yavuz Gəncliyə Yardım Fondunu ziyarət ediblər.
Ziyarət çərçivəsində qonaqlar Fondun rəhbərliyi görüş keçirərək qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları ilə yaxından tanış olublar.
Görüş zamanı Salih Zeki Meriç Fondun əsas fəaliyyət istiqamətləri, gənclərin inkişafına yönəlmiş sosial, təhsil və mədəni layihələr, eləcə də beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər barədə ətraflı məlumat verib. Bildirilib ki, Fond gənclərin hərtərəfli inkişafına dəstək göstərmək, onların ictimai fəallığını artırmaq və milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək istiqamətində ardıcıl fəaliyyət göstərir.
Qonaqlar öz növbələrində Gəncliyə Yardım Fondunun fəaliyyətini yüksək qiymətləndirərək həyata keçirilən layihələrin gənclərin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.













