Mətbuatda Gəncliyə Yardım Fondu ARGTMŞ-nın Xüsusi Mükafatına Layiq Görüldü…

Gəncliyə Yardım Fondu ARGTMŞ-nın Xüsusi Mükafatına Layiq Görüldü…

16

17.02.2014-cü il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ilin yekunları ilə bağlı hesabat konfransı keçirib.  Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Hadı Rəcəbli, gənclər təşkilatlarının üzvləri və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov ötən ilki strateji hədəflər, yerli regional və beynəlxalq səviyyədə həyata keçirilən fəaliyyət və proqramlar haqqında hesabat xarakterli məlumat verib. O bildirib ki, ötən il Şura tərəfindən Gənclər evi açılıb: “Gənclər evində ötən il müddətində gənclər təşkilatları üçün 60-dan çox təlim keçirilib. Ötən il Şuraya üzv olan təşkilatların da sayı artıb. Belə ki, 2013-cü ildə Şuraya 32 təşkilat üzv olub. Beləliklə də Şuraya üzv olan təşkilatların sayı 104-ə çatıb. Ötən il Şura tərəfindən bir çox layihələr həyata keçirilib. Həmçinin beynəlxalq səviyyədə bir çox ölkələrlə əməkdaşlıq həyata keçirilib. Ötən il həmçinin Şura üzvləri bir çox beynəlxalq platformalarda çıxış edib ki, bu ölkəmiz üçün çox önəmlidir. Şuranın 100 mindən çox fərdi üzvü var. Ötən il Şura tərəfindən 13 layihə həyata keçirilib. Həmçinin 70 beynəlxalq layihədə iştirak etmişik”.

Tədbirdə Şuranın 2014-cü il üçün müəyyən edilən prioritet istiqamətləri təqdim edilib.

Konfransda 2013-cü ildən hazırlıq işlərinə başlanan www.nayora.az saytı təqdim edilib və bununla da internet portalı rəsmi olaraq istifadəyə verilib.

Toplantının ikinci hissəsində ARGTMŞ tərəfindən uğurlu fəaliyyətləri ilə seçilən təşkilatlar mükafatlandırılıb. Mükafatlandırma mərasimində Gəncliyə Yardım Fondu da  ARGTMŞ-nın xüsusi mükafatına layiq görülüb. Fond rəhbərliyi adından mükafatı qəbul edən fondun vitse-prezidenti Salman Əliyev göstərilən diqqətə görə təşkilatçılara öz təşəkkürünü bildirib və Fondun gələcək fəaliyyətlərində də uğurlu layihələrə imza atacağını qeyd edib.