Təhsil Fəaliyyətləri “Müharibə uşaqların gözü ilə”

“Müharibə uşaqların gözü ilə”

11

Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 23-ci ildönümünə həsr edilmiş “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirilib..

Tədbirin məqsədi 26 fevral-Xocalı Soyqırımınm XXIII ildönümünün yad edilməsi, tariximizin soyqırım səhifəsi olan Xocalı faciəsinin bütün həqiqətlərini olduğu kimi gənc nəsillərə çatdırmaq, ərazi iddialarını əsaslandırmaq üçün davamlı olaraq yeni-yeni əsassız tezislər uyduran erməni millətçilərinin anti-Azərbaycan təbliğatına, məkrli siyasətinə, ideoloji təxribatlarına qarşı ayıq-sayıq olmasını, gənclərimiz arasında milli vətənpərvərlik ruhunun təbliğ olunmasından ibarətdir.

Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qeyd edib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri kimi insanlıq tarixinə böyük faciə kimi yazılıb: “Xocalı soyqırımının tanıdılması istiqamətində bu gün çox geniş tədbirlər planı həyata keçirilir. Bu kimi uğurlu təbliğatlar nəticəsində bir çox ölkə parlamentləri Xocalı faciəsini soyqırımı aktı kimi qiymətləndiriblər. Biz bu işlərimizi fəal şəkildə davam etdirəcəyik”.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov isə öz çıxışında qeyd etdi ki, Xocalı soyqırımının tanıdılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çox böyük layihələr gerçəkləşdirib: “Əlbəttə ki, bu işlərin təməlində ilk növbədə dövlətimiz dayanıb. Ölkə rəhbərliyinin bu istiqamətdə apardığı fəaliyyət öz bəhrəsini verməkdədir. Bu baxımdan, Xocalı soyqırımının tanııdılması istiqamətində Heydər Əliyev Fondu dövlətin apardığı bu siyasətə yaxından dəstək olur”.

“Xocalı soyqırımına həsr olunmuş yazı müsabiqəsində qalib olan gənclərimizin təbliğatları da bu kimi əhəmiyyətli işin tərkib hissəsidir” – deyə qeyd edən Raqif Abbasov onu da bildirdi ki, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsi zəruridir.

Prezident Administrasiyasının məsul işçisi Rahu Qurbanova isə öz çıxışında vurğuladı ki, XX əsrin qanlı faciəsi kimi tarixə düşmüş Xocalı soyqırımının 23-ci ildönümü ərəfəsində yüksək səviyyədə anım tədbirlərinin keçirilməsi eyni zamanda, Qarabağ probleminin dünyaya tanıdılması istiqamətində atılan əhəmiyyətli addımlardır: “Erməni işğalçılarının Azərbaycan torpaqlarına təcavüzləri nəticəsində minlərlə soydaşımız həlak olub, itkin düşüb. Bu gün məhz Xocalı soyqırımının dünyaya tanıdılması bu faciənin təbliğatının uğurla aparılması nəticəsində dünya birliyi Azərbaycanın haqq səsini eşitməyə başlayıb. Əlbəttə ki, burada ölkə başçısı Prezident İlham Əliyev cənablarının apardığı məqsədyönlü siyasət və onun ətrafında birləşən xalq amili də dayanıb”.

Daha sonra çıxış edənlər də qeyd etdilər ki, Azərbaycan xalqının zaman-zaman erməni millətçilərinin etnik təmizləmə siyasətinə məruz qalmaları Xocalı soyqırımı kimi qanlı hadisə ilə nəticələndi. Lakin bu gün işğalçı Ermənistan dövləti güclü Azərbaycan qarşısında məğlub və aciz duruma düşüb.

“Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım fondu tərəfindən müvafiq dərəcəli diplomlarla və pul mükafatları ilə təltif olundular.

Mükafat fonduI yer– 70 manat, II yer– 50 manat , III yer– 30 və səggiz fərqlənmiş iştirakçıya 10 manat məbləğində təyin edilmişdir.

“Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri aşağıdakılardır.

I yer – Əlizadə Firavan – Səbail rayon 7 saylı orta məktəb

II yer – Məmmədli Türkan – Nərimanov Rayon 193  saylı orta məktəb

III yer – Xanəliyeva Nərminə – Nizami rayon 12 saylı orta məktəb