Bu gün Gəncliyə Yardım Fonduna tərəfindən, sağlamlıq imkanları məhdud olan 2 gəncə əlil arabası verilib. Bunlardan biri Bakı şəhəri Xətai rayonunda yaşayan Həsənov Hikmət Zöhrab oğlu, digəri isə Bakı şəhəri Suraxanı rayonunda yaşayan, Zəkəriyəyeva Cəmilə Mikayıl qızına verilib. Əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud vətəndaşlar əlil arabaları ilə faktiki yaşadıqları ünvanlarda, Gəncliyə Yardım Fondunun nümayəndələri tərəfindən şəxsən əlil arabaları ilə təmin olunublar. Həmin gənclərlə görüşən Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev görüş əsnasında qeyd edib ki, yardım etdiyimiz insanların sevinci, bizim sevincimizdir.
Qeyd edək ki, Gəncliyə Yardım Fondu son iki ayda ümumilikdə 31 nəfər əlilliyi olan şəxsləri əlil arabası ilə təmin edib. Müvafiq hallarda bölgələrdə yaşayan əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara, əlil arabaları həmin insanların faktiki yaşadıqları ünvanlara aparılmaqla, şəxsən təqdim olunur.
Xatırladaq ki, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar yaşadıqları rayonun Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən onlara əlil arabasının verilməsi barədə qərar (arayış) verildiyi halda əlil arabası ilə təmin olunurlar.