Mətbuatda Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasinin 60 ‎İlliyinə Həsr Olunan Yubiley Mərasimi...

Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasinin 60 ‎İlliyinə Həsr Olunan Yubiley Mərasimi Keçirilib

4

Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib.

Təntənəli mərasimdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov ötən illər ərzində teleradio sahəsində görülən işlərdən bəhs edib və televiziyanın gələcək işlərində uğurlar arzulayıblar.

Tədbirdə Gəncliyə Yardım Fondunun nümayəndə heyəti də iştirak edib.

Yubiley tədbirində Azərbaycanın korifey sənətkarlarının ifalarından, həmçinin məşhur tamaşalardan parçalar nümayiş etdirilib, ölkəmizin tanınmış musiqiçilərinın çıxışları dinlənilib.