01-09 mart 2019-cu il tarixlərində dünyanın bir necə ölkəsində Zərərli Vərdişlərə Qarşı Türkiyə Cümhuriyyətinin Yeşilay Federasyonu tərəfindən “Yaşılay həftəsi” keçirildi. Həmin silsiləli təbdirlərdən bir necəsi də ölkəmizdə keçirilmişdir. Beləki Gəncliyə Yardım Fondu və Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda təhsil alan universitet tələbələri arasında Futbol yarışı təşkil edilmişdir.
14 iyun 2019 tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans salonunda Futbol yarışının qalibləri və fərqlənmiş gənclərin təltif edilmə mərasimi təşkil edilmişdir. Tədbirdə Gəncliyə Yardım Fondunun nümayəndəsi Şükür Əndəlifov gəncləri salamlayaraq onlara bu önəmli fəaliyyətdə uğurlar arzulayıb. daha sonra Zərərli Vərdişlərə Qarşı İctimai Birliyinin sədri Zaur Orucov iştirakçıları salamlayaraq çıxışına zərərli vərdişlər və sağlamlığın qorunması mövzusunda qısa məlumat verərərək gənclərə öz tövsiyyələrini vermişdir.
Bir neçə komandanın iştirakı ilə baş tutan müsabiqədə qalib komandalar hədiyyə və sertifikatlar təqdim edilmişdir