Sosial Fəaliyyətlər GYF –də “31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyi” ilə bağlı tədbir keçirilib

GYF –də “31 mart Azərbaycanlıların Soyqırımının 100 illiyi” ilə bağlı tədbir keçirilib

8

Bu gün 31 mart Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tədbir keçirilib. Tədbirdə məruzəçi qismində ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, dissertant Taleh Cəfərov çıxış edib. Tədbirdə “Qardaşlığımız Əbədidir” təşkilat komitəsinin nümayəndələri, və müxtəlif universitetlərin tələbələri iştirak edib.

 Tədbiri giriş sözü ilə açıq elan edən Gəncliyə Yardım Fondunun Vitse Prezidenti Salman Əliyev qonaqları salamlayaraq sözü “Qardaşlığımız Əbədidir” təşkilat komitəsinin sədri Emin Həsənliyə verdi. Emin Həsənli  bu günün tarixi əhəmiyyəti haqqında qısa məlumat verdi.

Daha sonra məruzəçi Taleh Cəfərov Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaradılması üçün ermənilərin əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirdikləri məkirli siyasət haqqında məlumat verib. 1918-ci il hadisələrinin bunun bariz nümunəsi olduğunu qeyd edərək, XX əsr Azərbaycan xalqının taleyində həlledici hadisə olduğunu vurğulayıb. 1918-ci il  martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etmiş, lakin onun üç günü  erməni daşnak dəstələrinin hədsiz azğınlığı, amansızlığı və  qəddarlığının  xüsusilə kütləvi xarakteri ilə səciyyələndiyindən söz açıb. Beləliklə yeganə qurtuluş yolunun türk qoşunlarının çağrılmasında görüldüyünü qeyd edib. Elə həmin vaxtdan Azərbaycan milli qüvvələri Türkiyənin hərbi yardımını ilə işğal olunmuş ərazilərini və öz respublikalarının paytaxtını, Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etmək üçün  hərəkətə keçdiyindən söz açaraq, Bakıya gələn bütün yoların təmizləndiyini Bakının düşmən yaraqlılarında azad edildiyindən söz açıb.

Natiq məruzəsinin sonunda tələbələrə maraqlı olan sulları cavablandırıb və onlar üçün dəyərli məsləhətlər verib.