Sosial Fəaliyyətlər “Sabahlara Ümid Ol” Layihəsinin İcrası Tam Gücü İlə Davam Edir

“Sabahlara Ümid Ol” Layihəsinin İcrası Tam Gücü İlə Davam Edir

11

Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrası tam gücü ilə davam edir. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur. 

Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında bu münasibətlə Bakı şəhərində yaşayan yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin uşaqları üçün görüş təşkil edilib. Tədbirdə xeyriyyə layihəsinin səbabkarları və təşkilatçıları olan xanımlar yaxından iştirak edib və uşaqlara yaxından dəstıə olublar.   Uşaqlar da öz növbələrində qonaqlara bir-birindən maraqlı şeir və mahnı çələngləri ərmağan edib. Tədbirin sonunda uşaqlara onlar üçün müəyyən edilmiş geyim talonları təqdim edilib.  

Qeyd edək ki, builki Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan XVI  xeyriyyə ‎sərgisindən əldə olunan vəsaitin Gəncliyə Yardım Fondunun “Sabahlara Ümid Ol” və “Kitabın İşığın Olsun!” ‎layihələrinə xərclənməsi nəzərdə tutulmuşdur. “Sabahlara Ümid Ol” layihəsi çərçivəsində yetim, şəhid ‎övladları və ehtiyac sahibi ailələrin uşaqlarına geyim yardımı edilir. Bunun üçün ilk  müraciətlərə isə Cocuq Mərcanlıdan başlanılıb. Birinci mərhələdə Cocuq Mərcanlıda məskunlaşan ailələrin uşaqları ilə görüş keçirilib və onlara müəyyən olunmuş hədiyyələr təqdim edilib.  “Kitabın İşığın Olsun!” lahiyəsi ‎çərçivəsində isə görmə məhdudiyyətli uşaqlar üçün ehtiyac duyulan Barayl əlifbasında kitablar çap edilib ‎onların istifadəsinə veriləcəkdir.