Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun Bakı Gənclik Akademiyası layihəsi çərçivəsində Gəncliyə Yardım Fondu təhsil şöbəsinin müdiri Dr. Rüfət Şirinovun “Müasir Tələbə Profili” adlı seminarı baş tutub.
Tədbirdə fondun müəllim heyəti və Bakı Gənlik Akademiyasının tələbələri iştirak ediblər.
Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov seminarı açıq elan edərək tələbələrə mühazirəçi haqqında məlumat verib.
Seminarda Dr. Rüfət Şirinov gənclərə davamlı yeniliklər haqqında düşünməyin əhəmiyyətindən, oxuduqları sahələrdə özlərini daha mükəmməl yetişdirmələrinin vacibliyindən danışıb. Natiq qeyd edib ki, “hakim millətlərlə məhkum millətlər arasında fərq, bir ovuc yetişmiş insandır” düsturunu hər zaman diqqətdə saxlamalıyıq. Bu baxımdan da milli-mənəvi dəyərlərə bağlı yetişən bir gəncliyin dövlət və millət üçün əhəmiyyətli olduğunu qeyd edib. Seminarda gənc kimdir? necə bir gənc olmalı? Kimləri nümunə götürməli? Kimi bir çox mövzulara yadınlıq gəirilib. Daha sonra Dr. Rüfət Şirinov seminar iştirakçılarının suallarını cavablandırıb.
Sonda Bakı İsdedadlı Gənclər Akademiyasının tələbə gəncləri ilə xatirə şəkli çəkdirilib.