1 mart 2022-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları Qoşqar Abbasov və Ülvi Müzəffərli Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən “Həyata kitabla addımla” adlı tədbirdə iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd uşaq ədəbiyyatına olan marağı artırmaq, uşaqları mütaliyəyə cəlb etmək, həmçinin oxu və mütaliəyə vərdişlərinin bədii təfəkkürün inkişafında rolunu artırmaqdır. Tədbirdə iştirak edən Azərbaycanın ərazi bütövlüyü üğrunda canlarından keçmiş şəhidlərin övladlarına kitablar hədiyyə olunub. Tədbir 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaqlarının ifasında dünya ədəbiyyatından nağıl qəhrəmanlarının kompozisiyası və konsert proqramı ilə davam edib. Tədbirdən sonra bütün uşaqlara 1400 yaxın kitab hədiyyə edilib.
Tədbirin sonunda kitabxananın direktoru Şəhla Qəmbərova çıxışında qeyd etdi ki,əziz övladlar sizin hər biriniz millətimizin, xalqımızın qürur, əyilməzlik simvolu olan şəhidlərimizin yadıgarlarısınınz. Siz bütün həyatınız boyu qəhrəman valdeyinlərinizlə fəxr etməyə, qürur duymağa layiq şəxsiyyətlərsiniz. Gələcəyimizin sizin timsalınızda intelektual gücə böyük ehtiyacı var. Bunun üçün əziz uşaqlar siz dövrün, zamanın çağrışlarına uyğun elm öyrənməli inkişafınıza təkan olan amillərə xüsusi diqqət yetirməlisiniz. Məhz buna görədir ki, bu günkü tədbirimiz “Həyata kitabla addımla” adlanır. Çox istərdim ki, gələcəyimiz olan siz uşaqlar bu günün məhsuliyyətini düzgün başa düşüb özünüzü gələcəyə hazırlayasınız. Bu isə kitabsız, mütaliəsiz mümkün deyil.
Qeyd edək ki, layihəyə Gəncliyə Yardım Fondu tərəfindən 18 adda 200-ə yaxın kitab təqdim edilib.