Sosial Fəaliyyətlər NAYORA-nın XIX Hesabat-Seçki Qurultayı keçirilib

NAYORA-nın XIX Hesabat-Seçki Qurultayı keçirilib

18

21 noyabr tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının XIX Hesabat-Seçki Qurultayı keçirilib. Moderatorluğunu Abbasağa Əlizadənin etdiyi Qurultay öz işinə Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi və Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik süktutla yad edilməsi ilə başlayıb.

Daha sonra Azər Əliyev çıxış edərək NAYORA-nın bir illik hesabatını təqdim edib. AR Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclərin cəmiyyətdəki rolundan söz açaraq, Nazirliyin Milli Şura ilə birlikdə həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib. Həmçinin AR Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı Direktoru Aygün Əliyeva, AR Milli Məclisinin deputatı Müşfiq Cəfərov və AR Gənclər Fondunun İcraçı direktorun müavini Qədir Xəlilov da çıxış ediblər.

Rəsmi hissə başa çatdıqdan sonra Qurultayda iştirak edən gənclər təşkilatlarının səsverməsi nəticəsində Azər Əliyev Milli Şuranın yenidən sədri seçilib, İdarə Heyətinin, Mərkəzi Nəzarət – Təftiş Komitəsinin üzvləri və sədr müavinləri müəyyənləşib.