Sosial Fəaliyyətlər ANEV Vəqfinin və DERSİAD Dərnəyinin rəhbərliyi GYF-ni Ziyarət Edib

ANEV Vəqfinin və DERSİAD Dərnəyinin rəhbərliyi GYF-ni Ziyarət Edib

2

Türkiyənin “Altın Nesil” Vəqfinin (ANEV) idarə heyətinin sədri Doğan Gökmen və “Dünya Erdemli Sanayici ve İş Adamları” Dərnəyinin (DERSİAD) idarə heyətinin sədri İsmail Altın rəhbərlik etdikləri nümayəndə heyətləri ilə birlikdə Gəncliyə Yardım Fondunu ziyarət ediblər.

Səfər çərçivəsində keçirilən görüşdə Gəncliyə Yardım Fondunun fəaliyyəti, həyata keçirilən humanitar, sosial və təhsil yönümlü layihələr, eləcə də gənclərin inkişafına xidmət edən təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Salih Zeki Meriç Gəncliyə Yardım Fondunun fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O bildirib ki, Fond tərəfindən gənclərin maarifləndirilməsi, sosial dəstək layihələrinin həyata keçirilməsi, təhsil fəaliyyətlərinin genişləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif proqramlar icra olunur.

Qonaqlar Gəncliyə Yardım Fondunun fəaliyyəti ilə yaxından tanış olduqlarını bildirərək həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndiriblər. Onlar bu cür layihələrin gənclərin inkişafına və ictimai həmrəyliyin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.