3 Mart 2023 tarixində QMİ-nin Dərbənddəki nümayəndələri Şahabuddin Kərimov və Arif Seyidov Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında hər iki qonaq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb.
Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir.
Qonaqlar da öz növbəbələrində fond rəhbərliyinə bu cür xeyriyyə tədbirlərini həyata keçirdiklərinə və gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını bildirərək, fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək işlərində uğurlar arzulayıblar.
Görüşün sonunda xatirə fotosu çəkilib.