Sosial Fəaliyyətlər GYF- də Ramazan Ayı Boyunca İftar Süfrələri Açılıb

GYF- də Ramazan Ayı Boyunca İftar Süfrələri Açılıb

21

Hər il olduğu kimi bu il də Mübarək Ramazan ayı boyunca Gəncliyə Yardım Fondunda şəhid və qazi ailələri, QHT sədrləri və elm adamaları, tələbələr və ehtiyac sahibi insanlar üçün iftar süfrələri açılıb. Açılan hər iftar süfrəsində 150-dən artıq insan iştirak edib. Paylaşma mövsümü olan Ramazan ayında cəmiyyətin hər bir təbəqəsindən olan insanların bir araya gətirilməsi bu xeyriyyə ənənəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynayır.

Qeyd edək ki, Gəncliyə Yardım Fondu hər il bu kimi xeyriyyə fəaliyyətlərini davam etdirir və ehtiyac sahibi insanlara imkan daxilində öz dəstəyini əsirgəmir.