Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Başkı şəhər Yeni Suraxanı rayonunda yaşayan insult xəstəsi Sürəyya Məlikovanı yaşadığı ünvanda ziyarət ediblər. Fond əməkdaşaları ehtiyac sahibi ailənin müraciəti əsasında ona əlil arabası təqdim edib və həyat şəraiti ilə yaxından tanış olublar.
Ailənin dediyinə görə Fond tərəfindən onlara təqdim edilən əlil arabası onların əzizlərinin həyatında yeni səhifə açıb. Ailə üzvləri də öz növbələrində Gəncliyə Yardım Fondunun onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq bildirib.
Qeyd edək ki, il ərzində Gəncliyə Yardım Fonduna ehtiyac sahibi ailələr tərəfindən edilən müraciətlərə operativ şəkildə baxılır və xüsusi nəzarət-təftiş komissiyasının rəyindən sonra ailələrə imkan daxilində yardımlar göstərilir.