Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Şimali Kipr Yaxın Şərq Universiteti Rumi Araşdırmalar Mərkəzi və Azərbaycan Xəzər Universiteti Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun birgə təşkilarçılığı ilə keçirilən IX Beynəlxalq Rumi simpoziumunda simpoziumda iştirak edib.
“Mövlana, Mövləvilik, Təsəvvüf, Hikmət” mövzusunda elmi simpoziumun açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru Nəzakət Məmmədli, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və bir sıra elm adamları çıxış ediblər.
Qeyd edək ki, simpozium 12-14 dekabr tarixləri arasında Xəzər Universitetində üzbəüz seksiyalarla yanaşı, simpoziumda iştirak etmək istəyən tədqiqatçılara “ZOOM” vasitəsilə onlayn iştirak variantında da keçiriləcək.