Sosial Fəaliyyətlər Konyalı Sənaye və İş Adamları Dərnəyinin (KONSİAD) Nümayəndələri GYF-ni Ziyarət Edib

Konyalı Sənaye və İş Adamları Dərnəyinin (KONSİAD) Nümayəndələri GYF-ni Ziyarət Edib

8

Yanvarın 11-də iş səfəri çəçivəsində Bakıda olan Konyalı Sənaye və İş Adamları Dərnəyinin (KONSİAD) nümayəndələri Gəncliyə Yardım Fondunu ziyarət edib.

Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri ilə iki qardaş ölkə ‎arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə ‎xidmət edir.

‎KONSİAD nümayəndələri də Fond rəhbərliyinə bu cür ‎xeyriyyə tədbirlərini həyata keçirdiklərinə, gənclər üçün yaradılmış yüksək imkanlara görə dərin minnətdarlığını ‎bildirib və gələcək işlərində ‎uğurlar arzulayıblar.‎

Görüşün sonunda qonaqlara Gəncliyə Yardım Fondu tərəfindən xatirə hədiyəsi təqdim edilib.