Gəncliyə Yardım Fondu Yeni Körpəsi Doğulan 500 Ailəyə Yardım edəcək
Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki, keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk...
Türkdilli Dövlətlərin 2000 Gənci “Xocalıya Ədalət” dedi
Eskişehir 2013 Türk Dünyasının Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun dəstəyilə 200 nəfər gənc, habelə, tanınmış ziyalı "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Türkiyənin Eskişehir, Bursa və İstanbul şəhərlərində təşkil olunan "Türk Dünyasının Qanayan Yarası Xocalı Soyqırımı" adlı tədbirlərdə iştirak etdilər. Layihə çərçivəsində Fevralın 26-da Eskişehir Valiliyinin təşkilatçılığıyla və...
“Müharibə uşaqların gözü ilə”
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş “Müharibə uşaqların gözü ilə” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi və Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün elektron aksiya keçirilib... Tədbiri giriş sözü ilə açan Gəncliyə Yardım Fondunun prezidenti...
Azərbaycan və Türkiyəli həkimlər tərəfindən Tanzaniyada ehtiyacı olan insanlara tibbi yardım göstərilmişdir
Gəncliyə Yardım Fondu (GYF), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə Tanzaniyada müştərək Azərbaycan-Türkiyə İşbirliyi Proqramının (TATİP) icrasına başlanmışdır. TATİP proqramı TİKA, Azərbaycan Gəncliyə Yardım Fondu və dünyada səhiyyə layihələri ilə tanınan Türkiyənin “Beynəlxalq Yerüzü Doktorları” Humanitar Təşkilatının əməkdaşlığı çərçivəsində həyata keçirilir. Proqram çərçivəsində yüzə yaxın katarakta xəstəsini əməliyyat etmək və ehtiyacı olan yüzlərlə insanın göz müayinəsini aparmaq üçün Azərbaycan...
Azərbaycanlı xeyriyyəçilərin Afrikada nəcib hərəkəti…
“Bəzən 1 vedrə su üçün 10 km yol gedirik” Azərbaycanlı xeyriyyəçilərin təşəbbüsü ilə quraq Afrika ölkəsi olan Tanzanyanın paytaxtı Darussalam şəhərinin Mbaqala bölgəsində su quyusu qazılaraq yerlilərin istifadəsinə verilib. ANS Fevralın 16-da açılan su quyusuna azərbaycanlı övliya, İslam alimi, mütəfəkkir Seyyid Yəhya Şirvaninin adı verilib. Su quyusunun açılış tədbirində Azərbaycandan Gəncliyə Yardım Fondu (GYF), Türkiyə Əməkdaşlıq və Kordinasiya Agentliyi (TİKA)...
Gəncliyə Yardım Fondu ARGTMŞ-nın Xüsusi Mükafatına Layiq Görüldü…
17.02.2014-cü il tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2013-cü ilin yekunları ilə bağlı hesabat konfransı keçirib. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, millət vəkili Hadı Rəcəbli, gənclər təşkilatlarının üzvləri və digərləri iştirak ediblər. Tədbirdə çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov...
GYF-də Rəsm Sərgisi Açıldı
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi xüsusi istedada malik gəncləri tanıtmaq məqsədilə yeni layihəyə start verib. Bu gün Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında saat 11:00-dan 17:00-dək “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən gənclər şöbəsinin təmsilçisi Elvin Süleymanovun “Ağ-Qara dünyam” adlı rəsm sərgisinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği...
Xocalıya həsr edilmiş “Varıq, olacağıq və artacağıq” adlı tamaşa səhnələşdirildi…
11.02.2014-cü il tarixində Rəşid Behbudov adına Mahnı teatrında Turan tele-teatrının aktyorlarının səhnələşdirdiyi Xocalıya həsr edilmiş “Varıq olacağıq və artacağıq” adlı tamaşa göstərilib. Xocalı Soyqrımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun təşkilatçılığı ilə keçirilən tədbirdə soyqırımın ağrılı məqamlarına toxunulub. Tədbirə millət vəkilləri Elman Məmmədov, Qənirə Paşayeva, Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və...
Gəncliyə Yardım Fondunun Növbəti Uğuru…
11.02.2014-cü il tarixində Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırma Mərkəzinin başqanı Seyfettin Ayakyayın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin dəvətilə Bakıda səfərdə olan Türkiyə Beynəlxalq Azərbaycan Mədəniyyət Dil Tarix Kültür Araşdırma Mərkəzinin başqanı Seyfettin Ayakyayın rəhbərlik etdiyi nümayəndə heyəti fondun fəaliyyəti ilə yaxından tanış olublar. Fondun kollektivi ilə görüşən qonaqlara günü...
Gəncliyə Yardım Fondunun Nümayəndələri Şəhidlər Xiyabanını ziyarət etdi
20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Gəncliyə Yardım Fondunun nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib. 20 Yanvar hadisələrində dünyasını dəyişən şəhidlərin xatirəsi yad edilib, məzarları önünə gül dəstələri qoyulub. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliam hadisəsinin üstündən 24 il keçir. Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin...