Mətbuatda Xocalıya həsr edilmiş “Varıq, olacağıq və artacağıq” adlı tamaşa səhnələşdirildi…

Xocalıya həsr edilmiş “Varıq, olacağıq və artacağıq” adlı tamaşa səhnələşdirildi…

2

11.02.2014-cü il tarixində  Rəşid Behbudov adına Mahnı teatrında Turan tele-teatrının aktyorlarının səhnələşdirdiyi Xocalıya həsr edilmiş  “Varıq olacağıq və artacağıq” adlı tamaşa göstərilib.

Xocalı Soyqrımını tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlunun təşkilatçılığı ilə keçirilən tədbirdə soyqırımın ağrılı məqamlarına toxunulub. 

Tədbirə millət vəkilləri Elman Məmmədov, Qənirə Paşayeva,  Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və digər qeyri-hökumət təşkilatları ilə bərabər qonaqlar da qatılıb.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva gənclərin ruhunda vətənpərvərlik hissinin yüksəldilməsində qeyri-hökumət təşkilatlarının böyük rolunun olduğunu vurğulayıb. Bununla yanaşı millət vəkili xalqın anım günlərini təkcə bu günlərdə deyil, hər gün təbliğ etməyə çağırıb. 

Tədbirin digər qonağı Prezident Administrasiyasının ictimai və siyasi şöbəsinin əməkdaşı Rasim Mirzəyev önəmli məqamlara toxunaraq bu cür tədbirlərdən razı olmaqla yanaşı, narazı məqamların olduğunu da bildirdi. 
“Biz hər zaman erməniləri daha güclü təqdim edirik. Daim özümüzü onların qarşısında əzilmiş, kiçilmiş vəziyyətdə göstərən tamaşalar hazırlayırıq. Biz gərək bunu gənclərimizə bu cür təqdim etməyək. Axı gənclərimiz həmin anları görməyiblər”.

Tamaşada həmçinin, Xocalı soyqırımına aid video-çarx göstərildikdən sonra tədbir qonaqların mükafatlanma mərasimi ilə yekunlaşıb.  Mükafatlandırma mərasimində Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərinə və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinə göstərdiyi zəruri dəstəyə görə xüsusi mükafatla təltif edilib.