GYF Yeni Tədris İlində Şəhid və Qazi Övladlarını Sevindirdi

Gəncliyə Yardım Fondu yeni dərs ilinin başlanması və 27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Füzuli, Bərdə və  Ağdam rayonlarında yaşayan şəhid və qazi ailələrinə məktəbli çantaları və ləvazimatları təqdim edib. Fondun nümayəndələri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və İcra Hakimiyyətinin məsul şəxsləri ilə Füzuli rayonundan başlayaraq Bərdə və Ağdam rayonlarında Vətən Müharibəsində şəhid və...

Türkiyə Maarif Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Etdi

Türkiyə Maarif Vəqfinin Azərbaycandakı sabiq nümayəndəsi Selçuk Baş və Türkiyə Maarif Vəqfinin Azərbaycana təyin olunmuş yeni nümayəndəsi İbrahim Balı Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu ‎gündən bu günə qədər Gəncliyə Yardım Fondu həyata keçirdiyi ‎humanitar yardım, təhsil və sosial fəaliyyətləri...

Vətən Müharibasinin Anım Günü Münasibəti ilə Qazilərlə Görüş Keçirilib

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin Anımgünü ərəfəsində Prezidentin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının hərbi hissəsində ikinci Qarabağ müharibəsinin qaziləri ilə görüş keçirilib.  Görüşdə qazilər - XTQ mənsubları kapitan Məlikov Famil, kapitan Məmmədov Elvin, baş gizir Bani-Paşa Əvəz, baş gizir Məmmədov Mahir, Quru Qoşunlarından baş-leytenant Pərviz Aslanov, "Hərbi And"...

Prof.Dr. Okan Yeşilot Gəncliyə Yardım Fondunun Qonağı Olub

Mərmərə Universiteti Qafqaz tarixi kafedrasının müdiri Prof. Dr. Okan Yeşilotun Bu günlərdə Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr edilmiş kitabı Gəncliyə Yardım Fondu tərəfindən İpəkyolu Nəşriyyatında çap edilmiş Okan Yeşilot Gəncliyə Yardım Fondunun qonağı olub. Araşdırmaçı-yazar öz oxucuları ilə görüşüb və onlara Hacı Zeynalabdin Tağıyevin həyatı və xeyriyyəçi fəaliyyətləri haqqında geniş və maraqlı məlumatlar verib.  Fondun fəaliyyətləri ilə...

“Qardaşlığımızın Dünəni, Bu Günü və Sabahı” Adlı Tədbir Keçirildi

“Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə Gəncliyə Yardım Fondunda “Qardaşlığımızın dünəni, bu günü və sabahı” adlı tədbir keçirilib. Tədbirdə millət vəkilləri, tarixçi alimlər, şəhid ailələri və qazilər iştirak edib. Əvvəlcə Bakının qurtuluşu yolunda, Çanaqqala döyüşlərində, həmçinin birinci və ikinci Qarabağ döyüşlərinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iki qardaş dövlət...

GYF Rəhbərliyi TİKA Bakı Koordinatoru Fatih Yılmazla Görüşdü

Gəncliyə Yardım Fondunun rəhbərliyi Türk İş Birliyi və Koordinasiya Agentliyinin (TİKA) yeni Bakı Koordinatoru Fatih Yılmaz ilə görüşüb. Fondun prezidenti Ahmet Tecim Fatih Yılmaza Gəncliyə Yardım Fondunun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verib. O, eyni zamanda Fondun TİKA-nın da dəstəyi ilə Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq körpüsünün möhkəmləsi istiqamətindəki işlərinin iki qardaş dövlət tərəfindən hər zaman...

GYF Əməkdaşları Elmi-Praktiki Seminarda İştirak Etdi

9 sentyabr 2021-ci il tarixində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin təşkilatçılığı ilə “Malazgird Döyüşünün 950 illik yubleyinə həsr olunmuş” elmi-praktiki seminar keçrilmişdir. Seminarda Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitunun kafedra müdiri və müəllim heyəti çıxış edərək Malazgird döyüşü haqqında məlumat vermiş, daha sonra rəssam Cəmaləddin Dərbəndinin Malazgird Döyüşü və Şuşa zəfərini əks etdirən rəsm tabloları sərgilənmişdir. Gəncliyə Yardım Fondunun əməkdaşları...

GYF-nin dəstəyi ilə “Hacı Zeynalabdin Tağıyev” kitabı nəşr edildi

Mərmərə Universiteti Qafqaz tarixi kafedrasının müdiri Prof. Dr. Okan Yeşilotun Azərbaycan tarixində xeyriyyəçilik fəaliyyətləri ilə dərin izlər qoymuş Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən kitabı “Hacı Zeynalabdin Tağıyev” İpəkyolu nəşriyyatı tərəfindən nəşr edilib. Qeyd edək ki, kitab 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2019-ci il sərancamına əsasən Azərbaycan və...

TİKA Bakı Koordinatoru Teoman Tiryaki GYF-ni Ziyarət Edib

Azərbaycanda bir çox sosial və humanitar layihələrə imzan atan və bu günlərdə Azərbaycandakı fəaliyyət müddəti başa çatan TİKA Bakı Koordinatoru Teoman Tiryaki Gəncliyə Yardım Fondunu ziyarət ‎edib. Ziyarət əsnasında qonaq Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə TİKA və Gəncliyə Yardım Fondunun Azərbaycanda birgə həyata keçirdiyi xeyriyyə fəaliyyətlərindən söhbət açılıb. Cənab Ahmet Tecim bildirib...

Əziz Mahmud Hüdayi Vəqfinin Nümayəndələri GYF-nin Qonağı Olub

Gəncliyə Yardım Fondunun Türkiyə Cümhuriyyəti Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə həyata keçirdiyi 2021-ci il Qurban Fəaliyyətlərində yaxından iştirak etmək üçün Azərbaycanda olan Əziz Mahmud Hüdayi Vəqfinin nümayəndələri Ahmet Turanlı və İlyas Bayraktutar GYF-nin qonağı olublar. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Görüşdə qonaqlara Fondun Azərbaycandakı xeyriyyə fəaliyyətləri haqqında məlumat verilib və...