GYF Ehtiyac Sahibi Ailələri Sevindirdi
Gəncliyə Yardım Fondunun nümayəndə heyəti Abşeron rayonu Aşağı Güzdək Qəsəbəsində yaşayan 66 yaşlı şəkər xəstəsi Canməmməd Hüseyinovu və Salyan rayonu Yenikənd kəndində yaşayan 16 yaşlı şəkər xəstəsi Ələkbər Məhəmmədovu yaşadığı ünvanlarında ziyarət ediblər. Fond əməkdaşaları ehtiyac sahibi ailələrə müraciətləri əsasında əlil arabası təqdim edib və onların həyat şəraitləri ilə yaxından tanış olublar. Hər iki ailənin dediyinə görə fond tərəfindən onlara...
GYF-də Tələbələr “Ümumi İlkin Tibbi Yardım” Biliklərinə Yiyələnib
Bakı İsdedadlı Gənclər Akademiyasının (BİGA) təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Tibb Universitetinin 5-ci kurs tələbəsi Alxan Şərifovun təqdimatında “Ümumi İlkin Tibbi Yardım” adlı seminar keçirilib. Seminarda müxtəlif universitetlərdə təhsil alan tələbələr iştirak edib. Alxan Şərifov boğulma, qanaxma, yanma və özündən getmə hallarında ilkin tibbi yardımın necə göstərilməsindən bəhs edib. İlkin tibbi yardım...
Şəhid Fərid Əliyevin Ailəsi Ziyarət Edildi
Gəncliyə Yardım Fondunun nümayəndələri Vətən Müharibəsi şəhidi Fərid Əliyevin ailəsini yaşadıqları ünvanda ziyarət edib. Fond nümayəndələri şəhidin ailə üzvlərinin həyat şəraiti ilə yaxından tanış olublar. Daha sonra ailəyə şəhidimizin adına hazırlanmış müqəddəs Qurani-Kərim ilə birlikdə Azərbaycan və Türkiyə Bayraqları olan xatirə qutusu təqdim edilib. Qeyd edək ki, Gəncliyə Yardım Fondu Vətən Müharibəsində düşmənə qarşı şücaətlə döyüşən və torpaqlarımızın işğaldan azad...
GYF Həmrəylik Günü Münasibətiylə Şəhid və Qazi Ailələrini Ziyarət Etməyə Davam Edir
Gəncliyə Yardım Fondunun nümayəndələri Abşeron rayonunda Vətən Müharibəsində iştirak edən şəhid və qazilərin ailələrini ziyarət edib. Abşeron Rayon İcra Hakimiyyətinin Veteranlar şöbəsinin təşəbbüsü ilə baş tutan xeyriyyə fəaliyyətində 225 şəhid və qazi ailəsi ziyarət edilib, onların problemləri dinlənib və Gəncliyə Yardım Fondu tərəfindən hər bir ailəyə ərzaq bağlaması təqdim edilib. Ziyarət əsnasında Fond nümayəndələri bu ailələrin həyat şəraitləri ilə yaxından...
GYF-də Türkiyə-Azərbaycan Qardaşlığına Həsr Olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma Müsabiqəsi Keçirilib
25 dekabr 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfras zalında Gəncliyə Yardım Fondu, Dünya Gənc Türk Yazarlar Birliyi, Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti, Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkil etdiyi Türkiyə-Azərbaycan Qardaşlığına Həsr Olunmuş “İstiqlal” Gözəl Şeir Oxuma müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. İki...
Millət Vəkili Vüqar İskəndərov GYF-də Gənclərlə Görüşdü
25 dekabr 2021ci il tarixində Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İstedadlı Gənclər Akademiyasının təşkilatçılğı ilə millət vəkili Vüqar İskəndərovun təqdimatənda “Gənclərlə Həmrəylik” adlı seminar keçirilib. Akademiyanın koordinatoru Şahalı Cəlilov seminar iştirakçılarını salamlayaraq onlara mövzu və qonaq haqqında məlumat verib. Daha sonra millət vəkili Vüqar İskəndərov gəncləri salamlayaraq onlarla həyat təcrübələrin bölüşüb və dövlətin gənclər siyasətindən danışaraq tələbələri məlumatlandırıb....
“Zəfərə Doğru Addımla” Layihəsinin Bağlanış Mərasimi Keçirildi
23 dekabr 2021-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi bə "Gənclərin Töhfəsi" ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilən “Zəfərə Doğru addımla” layihəsinin bağlanış mərasimi keçirilib. “Zəfərə Doğru addımla” layihəsinin tərəfdaşları isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan-Türkiyə Qida Təhükəsizliyi...
Türkiyə Diyanət Vəqfinin Nümayəndələri GYF-nin Qonağı Olub
Türkiyə Diyanət Vəqfinin Himayəçilər Şurasının üzvü Ahmet Akça, Baş Direktorun müavini Abdurrahman Çetin, Diyanət Vəqfi 29 Mayıs Çəktəblərinin müdiri Bahri Kahya və Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüb. Cənab Ahmet Tecim bildirib ki, qurulduğu gündən bu günə qədər...
MUSİAD Rəhbərliyi “BİGA” Tələbələri ilə Görüşdü
Gəncliyə Yardım Fondunun nəzdində fəaliyyət göstərən Bakı İsdedadlı Gənclər Akademiyası təşkilatçılığı ilə Fondun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında “MUSİAD Azərbaycanın” şöbə müdiri Muhterem Özün təqdimatında “Yeni Dünya Quruluşunda Yerimiz” adlı seminar keçirilib. Seminarda Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələr iştirak edib. Akademiyanın koordinatoru Şahalı Cəlilov proqram iştirakçılarını və qonağı salamlayaraq proqramla bağlı məlumat verib. Muhterem Öz seminarda dünyanın rəqəmsallaşmasından,...
GYF Şəhid Ailələrini Sevindirməyə Davam Edir
Gəncliyə Yardım Fondunun nümayəndələri Qobustan rayonunda yaşayan Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət edib. Qobustan Rayon İcra Hakimiyyətinin Veteranlar şöbəsinin təşəbbüsü ilə baş tutan xeyriyyə fəaliyyətində 70 şəhid ailəsi ziyarət edilib, onların problemləri dinlənib və Gəncliyə Yardım Fondu tərəfindən hər bir ailəyə ərzaq bağlaması təqdim edilib. Ziyarət əsanasında Fond nümayəndələri bu ailələrin həyat şəraitləri ilə yaxından tanış olublar. Qeyd edək ki,...














