8 Gənclərimiz Tarixinə Sahib Çıxır

“100 İllik Əmanət” Layihəsi Uğurla Davam Edir. Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən, “100 İllik Əmanət” layihəsi çərçivəsində Bakıda yerləşən orta məktəblərdə Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş maarifləndirci tədbirlər davam edir. Bu dəfəki maarifləndirici tədbir Bakı Türk Anadolu Liseyində baş tutub. Tədbirdə liseyin müəllim və şagird heyəti iştirak edib.  Uşaq ədəbiyyatı yazarı və eyni zamanda Qardaşlıq Dastanı və...

GYF-nin Əməkdaşı T.C. Bakı Böyükelçiliyində Baş Tutan Məlumat Turunda İştirak Edib

Bu gün  Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Türkiyə Cumhuriyyətinin Bakı Böyükelçiliyində baş tutub. Məlumat turunda Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turunda Gəncliyə Yardım Fondunun əməkdaşı Şükür Əndəlifov da iştirak edib. Məlumat turunda səfirliyin iş  strukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanışlıq baş tutub, daha sonra iki dövlət arasındakı mövcud proqramlar haqqında...

Azərbaycan Gənclərinin VIII Forumu Çərçivəsində Bakı Şəhər Zona ‎Toplantısında İştirak Etdik

Oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində “Müstəqilliyin varisləri – Azərbaycanın gələcəyi” mövzusunda Bakı şəhər zona toplantısı keçirilib. Əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, qeyri-hökumət və tələbə gənclər təşkilatlarının nümayəndələri, Gəncliyə Yardım Fondunun...

Təhsil Şöbəmizin Əməkdaşlarına Beynəlxalq Sertifikat Təqdim Edildi

Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçirilib. Gəncliyə Yardım Fondu təhsil şöbəsinin nümayəndələri Rüfət Şirinov və Rəşad Manafov beynəlxalq sertifikat əldə ediblər. Konfrans Qlobal Karyera İnstitutunun təşkilatçılığı, Amerikanın San-Diego Dövlət Universiteti, Avstraliyanın Dubay şəhərində fəaliyyət göstərən Wollongong Universiteti, Şimali Kipr Türk Respublikası Girnə Amerikan Universiteti, Türkiyənin Oxur-Yazar Dərnəyi, Odlar Yurdu Universiteti və Study in Azerbaijan şirkətinin...

Bakı İstedadlı Gənclər Akademiyasında Uğurlu Kariyera Seminarı Keçirildi

27 oktyabr 2018-ci il tarixində Bakı İstedadlı Gənclər Akademiyasının qonağı İxtisasca cərrah olan təlimçi, spiker və eyni zamanda biznesmen Elvir İsmayılov olub. Əvvəlcə Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru Şükür Əndəlifov tədbiri açıq elan edərək tələbələrə qonaq haqqında geniş məlumat verib. Elvir İsmayılov da öz çıxışında Bakı İstedadlı Gənclər Akademiyasının bütün tələbələrini salamlayıb və akademiyanın fəaliyyətlərini yüksək qiymətləndirib. Daha sonra qonaq tələbələrə “hər...

GYF Nümayəndələri “Nargin Faciəsi” Tamaşasında İştirak Edib

Oktyabrın 24-də Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində Sarıqamışda əsir düşən hərbçilərin xatirəsinə həsr olunan “Nargin faciəsi” tarixi dram tamaşası Bakı Bələdiyyə Teatrında təqdim olunub. Tamaşa Türkiyənin Azərbaycandakı səfirliyinin himayəsi, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) dəstəyi ilə ərsəyə gəlib. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, mədəniyyət, incəsənət, elm və...

Gəncliyə Yardım Fonduna Fəxri Fərman Təqdim Edildi

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarında 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şöbə müdiri Zamin Əhmədov, Gəncliyə Yardım Fondunun vitse-prezitendi Salman Əliyev, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunların zabit və əsgər heyəti, sənət adamları və mətbuat nümayəndələri iştirak edib. Hərbi...

GYF Nümayəndələri Virtual Qarabağ Portalının Təqdimat Mərasimində İştirak Edib

“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzi öz portalının (www.virtualkarabakh.az) yeni versiyasını təqdim edib. Portalın təqdimat mərasimi “Holiday Inn Baku Hotel”də baş tutub. Təqdimat mərasimində dövlət rəsmiləri, millət vəkilləri və mətbuat nümayəndələri, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və fondun mətbuat şöbəsinin müdiri Eldar Kərimov da iştirak edib. Tədbiri Gənclər və İdman Nazirliyi (GİN) yanında Gənclərlə İş üzrə İctimai...

Türk Tələbələr GYF-də Bir Araya Gəldi

Bu gün Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin təhsil müşaviri Mahmut Ağırmanın dəvəti ilə Azərbaycanda fərqli universitetlərdə  təhsil alan və sosial fəaliyyətlərdə aktiv olan türk tələbələr Gəncliyə Yardım Fondunda bir araya gəlib. Tələbələr Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecimlə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə  Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib. Cənab...

Rizənin Ardeşen Bələdiyyəsinin Nümayəndə Heyəti GYF-nin qonağı olub

Bu gün Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətindən gəlmiş Rize/Ardeşen Bələdiyyəsinin sədri Hakan Gültekinin rəhbərlik etdiyi nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlar Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim və idarə heyəti ilə görüşüblər. Səmimi çay ‎süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım Fondunun ‎prezidenti Ahmet Tecim qonaqlara Fondun xeyriyyə fəaliyyətləri ‎haqqında geniş məlumat verib.  Cənab Tecim bildirib ki, qurulduğu...