Azərbaycanda Şəhid Türk Əsgərinin Şərəfinə Abidə Ucaldıldı

Bu gün Qobustan rayonu Acıdərə türk şəhidliyində 1918-ci il sentyabrın 15-də Azərbaycanın Milli Ordusu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və digər qəzaların daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş “Şəhidlərimizə Vəfa” adlı tədbir həyata keçirilib. Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) tərəfindən təşkil olunan tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Türkiyənin Azərbaycandakı səfirliyinin Din...

Qazqaz İslam Ordusunun 100 İlliyi İlə Əlaqədar Elmi Praktiki ‎Konfrans Keçirilib

15.09.2018-ci tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Aydınlar Ocağının Türkiyə Anadolu Aydınlar Ocağı ilə birgə təşkil etdiyi "Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni bolşevik işğalından azad edilməsinin 100 illik yubileyi"nə həsr olunmuş elmi praktiki konfrans keçirilib. Konfransda millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim,  Türkiyə Anadolu Aydınlar Ocağı  İcraçı katibi Prof.Dr. İbrahim Öztek, Azərbaycan Aydınlar Ocağının sədri...

GYF-də Qafqaz İslam Ordusunun 100 İlliyinə Həsr ‎Olunmuş Tədbir Keçirildi

12.09.2018-ci il tarixində Bakının işğaldan azad olunmasının 100 illik yubileyi çərçivəsində keçiriləcək tədbirlərdə Türkiyə Cümhuriyyəti tərəfindən iştirak edəcək nümayəndə heyəti, Türkiyə Əməkli Subaylar Dərnəyi (TESUD) və Türkiyə Muharib Qazilər Dərnəyinin üzvləri Gəncliyə Yardım Fondunda Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş tədbirdə iştirak ediblər. Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında baş tutan tədbirdə qonaqları Təxris Olunmuş Hərbiçilərin...

2018 BDU Jurnalistika Fakultəsinin Dekanı GYF-nin Qonağı Olub

08.02.2018-ci il tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, Bakı Dövlət Universitetinin Tədris-teleradio studiyası əməkdaşı Ramin Rzayev və Müasir İnkişaf İctimai Birliyinin idarə heyətinin sədri Mübariz Göyüşlü, Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqlara fondun humanitar, sosial və təhsil fəaliyyətləri haqında ətraflı məlumat verib. Çay süfrəsi ətrafında keçən görüşdə Bakı Dövlət Universitetinin Jurnalistika...

‎“Biz Bir Millət İki Dövlətik” Adlı Tədbir Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında, “Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin” təşkilatçılığı ilə “Biz bir millət iki dövlətik” devizi adı altında tədbir həyata keçirilib. Tədbir açıq elan edildikdən sonra hər iki ölkənin  dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi yad olunub. Daha sonra “Biz soyqırıma və terrora yox deyirik!” adlı səndli film təqdim olunub. Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil...

İmkansız Ailələrin Uşaqları Sünnət Olundu

27.08.2018-ci il tarixində Türkiyənin “Dost Eli” Dərnəyi və Azərbaycanda Yaşayan Axısxa Türklərinin "Vətən” İctimai Birliyinin təşkilatçılığı və Gəncliyə Yardım Fondunun dəstəyi ilə Azərbaycanda kütləvi sünnət mərasimi təşkil olunub. Həyata keçirilən proqram əsnasında Azərbaycanda məhdud imkanlarla yaşayan və maddi çətinliklər səbəbindən övladlarını sünnət etdirə bilməyən ailələrin uşaqları sünnət olunub. Qeyd edək ki, Azərbaycanda təşkil olunan kütləvi sünnət mərasimində Saatlı, Sabirabad və...

Azərbaycanlı Tələbələr Nuri Paşanın Qəbrini Ziyarət Edib

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında geniş məlumat verilməsi nəzərdə tutulan layihə çərçivəsində ilk olaraq Türkiyədən gələn tələbələr Azərbaycanı ziyarət ediblər.  Tələbələr, 1918-ci ildə Osmanlı qüvvələri tərəfindən Bakını qurtarmaq məqsədiylə yaradılan...

Gəncliyə Yardım Fondunun Prezidenti Azərbaycan İlahiyyat İnstitutunun Rektoru ilə ‎Görüşüb

Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan İlahiyyat İnstitutunun Rektoru Ceyhun Məmmədov ilə görüşüb. Ahmet Tecim yeni yaradılmış Azərbaycan İlahiyat İnstitutu münasibəti ilə İnstitutun rektoru Ceyhun Məmmədovu təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.  Yeni yaradılan institutun Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması və inkişafında mühüm rol oynayacağını qeyd edib.  Qonağı salamlayan İnstitutun...

Yeri Gəlsə Qarabağ Üçün Döyüşməyə Hazırıq…‎

Bu ifadələri "100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclər səsləndirib. 05-08.07.2018-ci il tarixləri arasında Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir. Layihə çərçivəsində, ilk olaraq Türkiyədən seçilən tələbələr Azərbaycana gəlib. İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında geniş...

Türkiyədən Gələn Tələbə Gənclərin Ziyarəti Davam edir…

"100 İllik Əmanət" layihəsi çərçivəsində Türkiyədən Azərbaycana gələn gənclərin Bakıdakı ziyarətləri davam edir. Layihə iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. İştirakçılar həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər. Türkiyədən gələn gənc tələbələr Quba soyqırım məzarlığını da ziyarət ediblər. Layihə iştirakçıları Quba Soyqırım Memorial Kompleksdə yaradılmış muzeylə...