GYF- də Xeyriyyə Layihəsinin Təqdimatı Keçirildi
Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi, Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu, "Yeni Yurd" Sosial İnkişaf ictimai birliyi, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami (Bakı)Filialının birgə təşkilatçılığı ilə Bakıda yaşayan imkansız məcburi köçkünlərin və digər kateqoriyadan olan insanların azyaşlı oğul övladları üçün sünnət mərasimi keçirildi. Respublika Gəncliyə Yardım Fondunda keçirilən...
GYF-nin İdarə Heyəti T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hüseyin Altınalanı Ziyarət Edib
Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşaviri Hüseyin Altınalanı ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Hüseyin Altınalan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. T.C Bakı Böyükelçiliyinin Mətbuat Müşavirliyinin hər zaman iki qardaş dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynadığını,...
Xəzər Türklərinin Tarixi İlə Əlaqəli Romanların Təqdimatı Keçirilib
Bu gün Bakı Yunus Əmrə İnsititutunun təşkilatçılığı ilə TRT-nin sabiq əməkdaşı, ssenarist, rejissor və roman yazarı Nadir Doğanın Xəzər Türklərinin tarixi ilə əlaqəli “Togarmanın Çocukları”, “Kuzeye Yolculuk” və “Altın Bozkırlar” adlı tarixi romanlarının tanıtım mərasimi yazarın da iştirakı ilə İnistitutun konfrans zalında həyata keçirilib. Tanıtım mərasimində T.C. Bakı Böyükelçisi Erkan Özoral, KKTC Bakı Təmsilçisi Ufuk Arca Turganer, Millət vəkili Hikmet...
Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş GYF-ni Ziyarət Edib
Bu gün Bakıda keçirilən Dünya Dini Liderlərinin II sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Diyanət İşləri Başqanı Prof.Dr. Ali Erbaş və rəhbərlik etdiyi nümayəndə heyəti, T.C. Bakı Böyükeliçisi Erkan Özoral, T.C. Bakı Böyükeliçiliyinin Din İşləri müşaviri Zəki Yavuz Yılmaz Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə...
Bayraq Günü Münasibəti İlə GYF-də “Gənclərə Yön Verən Dəyərlərimiz” Adlı Seminar Keçirilib
9 noyabr 2019-cu il tarixində Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Türkiyənin İbn Haldun Universiteti Himayəçilər Şurasının sədri Prof. Dr. İrfan Gündüzün “Gənclərə Yön Verən Dəyərlərimiz” adlı seminarı baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun əmkdaşları , Bakı Gənclik Akademiyasının və müxtəlif universitetlərin tələbələri iştirak edib. Azərbaycan Respublikasının Dövlət himni və Türkiyə Cümhuriyyətinin İstiqlal marşı...
Nəsiminin 650 İlliyinə Həsr Olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib
Noyabrın 7-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Mədəniyyət Coğrafiyamızda Peyğəmbər Sevgisi” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cümhuriyyətinin istiqlal marşları ilə açıq elan edilib. Tədbirdə Gəncliyə Yardım...
“Mənim Bayrağım” Mövzusunda İnşa Yazı və Şeir Müsabiqəsinin Qalibləri Mükafatlandırılıb
Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda “9 noyabr Azərbaycan Dövlət Bayrağı günü”-nə həsr olunmuş konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Tədbir vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhlarını bir dəqiqəlik sukutla açıq elan edilib. Daha...
Kitablar İşıq Oldu – “Kitabın İşığın Olsun” Layihəsi Reallaşdı
Gəncliyə Yardım Fondu Görmə Məhdudiyyətli Uşaqları Sevindirdi Gəncliyə Yardım Fondunun “Kitabın İşığın Olsun” layihəsi çərçivəsində görmə məhdudiyyətli uşaqlar üçün brayl əlifbası ilə çap edilən kitabların təqdimat mərasimi keçirilib. Mərasim Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbində baş tutub. Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, TİKA Bakı Koordinatoru Teoman Tiryaki, T.C. Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Nihat Büyükbaş, Mətbuat...
Türkiyə Maarif Vəqfinin Başqanı GYF-ni Ziyarət Edib
Bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurasının) VII sammiti münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Maarif Vəqfinin Başqanı Prof.Dr. Birol Akgün və İdarə Heyətinin üzvü Nədim Kaya Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri ilə görüşüblər. Səmimi çay süfrəsi ətrafında davam edən görüşdə Gəncliyə Yardım...
GYF Rəhbərliyi Dünya Türk Biznes Şurasının Bakı Toplantısında iştirak Edib
Oktyabrın 14-də Bakıda Dünya Türk Biznes Şurasının (Dünya Türk İş Konseyi - DTİK) toplantısı keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantıda iştirak edib. Tədbir Azərbaycanın və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması, ölkələrimizin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Dünya Türk Biznes Şurasının sədri Nail Olpak bildirib ki, 2007-ci il dekabrın 26-da Türkiyədə Xarici İqtisadi Əlaqələr Şurasının...














