GYF-nin İdarə Heyəti TUİB Başqanı Hüseyin Büyükfıratı Ziyarət Edib
GYF-nin İdarə Heyəti “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” TUİB Başqanı Hüseyin Büyükfıratı ictimai birliyin yeni ünvanında ziyarət edin. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Hüseyin Büyükfırat Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. Yeni ünvana köçmələri münasibəti ilə TUİB başqanını təbrik edən Ahmet Tecim onlara gələcək fəaliyyətlərində...
GYF Rəhbərliyi “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan Xanlıqlarının Münasibətləri” Adlı Sərginin Açılış Mərasimində İştirak Edib
Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı olub. Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşəbbüsü ilə təşkil olunub. Sərgidə Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Türkiyə Respublikasının Prezident Aparatı...
GYF-nin İdarə Heyəti T.C Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Dr. Nihat Büyükbaşı Ziyarət Edib
Gəncliyə Yardım Fondunun idarə heyəti Azərbaycana yeni təyinat almış T.C Bakı Böyükelçiliyinin Təhsil Müşaviri Dr. Nihat Büyükbaşı ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardım Fondunun Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirən Dr. Nihat Büyükbaş Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə və nümayəndə heyətinə ziyarətlərindən dolayı dərin təşəkkürlərini bildirib. T.C Bakı Böyükelçiliyinin Təhsil Müşavirliyinin hər zaman iki qardaş dövlət arasında dosqluq və qardaşlıq körpüsü rolunu oynadığını, iki...
Türkiyədən Gələn Qazilər GYF-nin Qonağı Olub
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə Türkiyə Əməkli Subaylar Dərnəyinin, Türkiyə Müharib Qazilər Dərnəyinin, Türkiye Harp Malülü Gaziler ve Şehit Yakınları Dərnəyinin, Kıbrıs Türk Mukavemet Teşkilatının rəhbər heyəti və üzvlərindən ibarət nümayəndə heyəti Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılmaq üçün Azərbaycana səfərə gəlib. Azərbaycanda bir çox rəsmi...
GYF-Rəhbərliyi Bakının Azad Edilməsinin 101-ci İldönümü Münasibəti Təşkil Edilən Yürüşdə İştirak Edib
Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycan Respublikasının və 101 ədəd Türkiyə Respublikasının dövlət bayraqlarını daşıyıblar. Acıdərə Türk Şəhidliyi ziyarət olunub. Abidə qarşısına Müdafiə Nazirliyi və Türkiyənin Azərbaycan səfirliyi adından əklillər qoyulub. Şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hərbi orkestrin...
GYF-də Ali Məktəblərə Qəbul Olunmuş Xocalı Məktəbliləri İlə Görüş Keçirilib
Əsas fəaliyyət sahələrindən biri təhsilə dəstək olan Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu ildə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələri unutmadı. Xocalı məktəblərində oxuyub yüksək balla ali məktəblərə qəbuy olunmuş məktəblilər fondun təhsil şöbəsinin rəhbərliyi ilə görüşüb. Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri yazıçı, publisist, müstəqil jurnalist Səriyyə Cəfərovanın təşkilatçılığı ilə baş tutan görüşdə Xocalı rayon...
GYF-Nümayəndələri “Xocalılı Ləfixanım” Sənədli Filminin Təqdimatında İştirak Edib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Xocalılı Ləfixanım” adlı sənədli filmin təqdimatı keçirilib. Film “Əlil qadınlar” Cəmiyyətinin layihəsi əsasında Azərbaycan Respublikası Prezidentinin QHT-na dövlət dəstəyi şurasının maliyyə yardımı ilə ərsəyə gəlib. Ekran əsəri Xocalı soyqırımına həsr olunub. Təqdimat mərasimində Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib. Filmin rejissoru İsmayıl Musayev, ssenari müəllifi isə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-in Müəllif Proqramları...
GYF-də Ehtiyac Sahibi Ailələrə Qurban Əti Paylandı
Məlum olduğu kimi Gəncliyə Yardım Fondu milli və mənəvi cəhətdən əlamətdar hesab olunan günlərdə xususi yardıma ehtiyacı olan insanlara yardımlar edir. Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə də fəaliyyətlərini davam etdirməktədir. Belə ki, Gəncliyə Yardım Fondu qurban kəsmək və paylamaq fəaliyyətinə 1994-cü ildən başlamışdır. Fond o zamandan etibarən də hər il qurban bayramında qurban kəsimlərini həyata keçirərək...
Türkiyə Dəyanət Vəqfinin Nümayəndələri GYF-ni Ziyarət Edib
Bu gün müqəddəs Qurban bayramı münasibəti ilə Azərbaycanda səfərdə olan Türkiyə Dəyanət Vəqfinin nümayəndəsi, sabiq Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din İşləri Müşaviri Dr. Sadık Eraslan, TDV icraçı direktorunun köməkçisi Sait Doğan və Türkiyə Dəyanət Vəqfinin könüllüləri Ahmet Elmaca və Ayhan Gedikli Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında qonaqlar Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və idarə heyətinin nümayəndələri...
GYF nin fəaliyyətləri yüksək qiymətləndirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsində 26 iyul - Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə idarə rəisi Raqif Abbasov əlamətdar günün tarixindən, gənclər və idman sahəsində əldə olunmuş nailiyyətlərdən danışıb. O, tədbirdə iştirak edən idman ictimaiyyəti nümayəndələrini nazir Azad Rəhimov adından təbrik edib, onlara işlərində daha böyük müvəffəqiyyətlər arzulayıb. Daha sonra müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim...














