Daha Bir Ehtiyac Sahibinə Dəstək Olundu

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Bakı Şəhəri, Qaraçuxur qəsəbəsində yaşayan və 1-ci qrup əlil, 54 yaşlı Rəsulova Rübabə Hacıbaba qızını  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Rəsulova Rübabə Hacıbaba qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Rübabə xanımın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik...

GYF-də İlin Yekunlarına Həsr Olunmuş Tədbir Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.  Tədbirdə fondun prezidenti Ahmet Tecim çıxış edərək bütün əməkdaşları 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edib, həyata keçirilən layihələrin əhəmiyyətindən və uğurlu nəticələrdən danışıb. Bütün şöbələrin fəaliyyəti yüksək qiymətləndirilib, gələcək layihələrdəki öhdəliklər təqdim edilib.  İl ərzində işdə uğurlu nəticələrinə görə fərqlənən əməkdaşlar rəhbərlik tərəfindən mükafatlandırılıb. Sonda kollektiv...

“Şəhidlər” Kitabının Müəllifi Rafiq Səməndər GYF-nin Qonağı Olub

20 yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi yazıçı-ssenarist Rafiq Səməndər Gəncliyə Yardım Fondunun qonağı olub.  Fond rəhbərliyi ilə görüşən müəllif 30 il öncə Azərbaycan xalqının başına gətirilən müsibətdən söz açıb və dövrün həqiqətlərini ortaya qoyan kitabın necə ərsəyə gəlməsindən danışıb. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim tanınmış yazıçının “Şəhidlər” kitabının bu günkü gənclər üçün də qiymətli əsər olduğunu qeyd...

GYF-də Asılı Olma, Azad ol! Adlı Maarifləndirici Tədbir Keçirilib

Gəncliyə Yardım Fondu, Light UP Training Platformu və Zərərli Vərdişlərə qarşı içtimai birliyinin təşkilatçılığı ilə "Asılı Olma, Azad ol!" adlı maarifləndirici keçirilib. Tədbiri Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim çıxış sözü ilə açıq elan edərək mövzunun əhəmiyyətindən bəhs edib və qonaqlara öz təşəkkürünü bildirib. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının yolxucu olmayan xəstəliklər departamentinin koordinatoru, Yaşılay Cəmiyyətinin "Elmi şura"sının üzvü Prof. Dr. Toker...

GYF Əməkdaşları İmadəddin Nəsiminin 650 İllik Yubileyi İlə Əlaqədar Ağacəkmə Kampaniyasında İştirak Edib

Dekabrın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünə Gəncliyə Yardım Fondu da böyük fəallıqla qoşulub, yüksək bayram əhval- ruhiyyəsi ilə ağacəkmə kampaniyası keçirilib. Nəsimi poeziyasının fəlsəfəsi təbiət gözəlliklərinin, saf bəşəri duyğuların, şəxsiyyət azadlığının tərənnümü üzərində qurulub və Azərbaycan ədəbiyyatının daha da zənginləşməsində misilsiz rol...

Dövlət başçısı İlham Əliyevin 58 yaşı tamam olur

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ - MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib. 1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək...

Uğurlu Gənc Öz Həyat Hekayəsini Gənclərlə Paylaşdı

14 dekabr tarixində Gəncliyə Yardım Fondunda, BİGA-da qonağımız keçmiş GYF məzunu, Portuqaliyada təhsil almış, İqtisad Universitetinin müəllimi Anar İbrahimov oldu. "Məcburi köçkün düşərgəsindən dünyaya" başlığı ilə çıxış edən qonağımız keçdiyi ağır günlərdən sonrakı uğur yolundakı təcrübələrini tələbələrimizlə bölüşdü. Eyni zamanda gənclərə xaricdə təhsil mövzusunda və bizneslə bağlı öz tövsiyələrini verdi. Sonda gəncləri maraqlandıran sualları cavablandırdı.

Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edildi

Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü Ümummilli lider Heydər Əliyevin xatirəsini anım günü ilə əlaqədar olaraq Gəncliyə Yardım Fondunun ‎Prezidenti Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Fəxri Xiyabana gələrək müasir və ‎müstəqil Azərbaycan dövlətinin və Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın dahi oğlu ‎Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.  Görkəmli ‎oftalmoloq alim, akademik Zərifə...

Tahir İmanov GYF-də Gənclərlə Görüşdü

Bu gün Türk İşbirliği və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə ‎Yardım ‎Fondunun "Bakı Gənclik Akademiyası" layihəsi çərçivəsində Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun gənclərlə səmimi görüşü baş tutub. ‎Tədbirdə Gəncliyə ‎Yardım ‎Fondunun əmkdaşları və Bakı ‎Gənclik ‎Akademiyasının tələbələri iştirak edib. Bakı İstedadlı Gənclər Akademiyasının koordinatoru ‎Vəfadar Babayev ‎seminarı açıq elan edərək tələbələrə qonaq haqqında ‎məlumat ‎verib.Gəncliyə ‎Yardım ‎Fondunun təhsil koordinatoru...

Əngəlləri Birlikdə Aşırıq

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Ağstafa rayonu, Həsənsu kəndində yaşayan və əlillliyi olan 32 yaşlı Əsgərov Anar Əli  oğlunu  yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan 32 yaşlı Əsgərov Anar Əli  oğluna  əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Anar bəyin bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə...