ADPU-da Tələbələrə “Radikalizmin Qurbanı Olma!” Adlı Seminar Keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondunun həyata keçirdiyi “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrası uğurla davam edir. Layihənin  davamı olaraq Azərbaycan Dövlət Pedoqoji  Universitetinin tələbələrinə  maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda universitetin müəllim heyəti və tələbələri  iştirak edib. Son dövrlərdə bütün dünyada aktual mövzulardan olan və milyonlarla insanın qurbanına çevrildiyi radikalizmin cəmiyyətə...

QHT nümayəndələri İftar süfrəsində bir araya gəldi…‎

Gəncliyə Yardım Fondunda QHT-sədr və nümayəndələri üçün iftar süfrəsi açılıb. Tədbirdə 140-dan artıq QHT nümayəndəsi iştirak edib. Tədbir müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim qonaqları salamlayaraq Ramazan ayı münasibətilə hər kəsi təbrik edib. O öz çıxışında bu gözəl günlərin dostlar arasındakı münasibətlərin günclənməsinə vəsilə olacağına inandığını vurğulayıb. İftar süfrəsində iştirak edən qonaqlardan Türkiyə Cümhuriyyəti Bakı...

Ağdamda İftar Süfrəsi Açıldı

15.05.2019-cu il tarixində Gəncliyə Yardım Fondu Əziz Mahmud Hüdayi Vəqfinin dəstəyi və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə cəbhə bölgələrindən olan Ağdam rayonunun Quzanlı qəsəbəsində iftar süfrəsi təşkil edib. İftar süfrəsində Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Gəncliyə Yardım Fondunun əməkdaşları,  rayon sakinləri və hərbiçilər iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon "Cümə" məscidinin axundu...

Zaqatalada “Radikalizmin Qurbanı Olma!” Devizi Altında Təlim Keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına  davam edir. Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin tələbələrinə  verilən maarifləndirmə seminarından sonra Zaqatala rayonu Muxax Kəndi 2 Saylı orta məktəbdə və Tala kəndi 4 saylı orta məktəbdə seminarlar təşkil edilib. Təşkil edilən seminarda təhsil ocaqlarının müəllim...

Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı

Gəncliyə Yardım Fondunun konfrans zalında Aziz Mahmut Hüdayi Vəqfinin dəstəyi ilə fond tərəfindən təşkil olunmuş şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında  şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu...

GYF-dən Mübarək Ayda Mübarək Əməl

Gəncliyə Yardım Fondunun nümayəndə heyəti  Qəbələ rayonu Mıxlıqovaq kəndində ‎bədən hərəkət qabiliyyəti olmayan Şirinova Gülnar Ramin qızını yaşadığı ünvanda ziyarət edib.‎ Ziyarət zamanı sağlamlıq imkanı məhdud  olan Şirinova Gülnar Ramin qızına əlil  arabası  təqdim edilib. ‎Məlum olub ki, Gülnar balanın bədən hərkətləri demək olar ki, tamamilə məhdud olduğuna görə əlil arabası olmadan bir yerə hərək etməyə çətinlik çəkir. Ailəsinin ‎dediyinə...

Bakıda “Radikalizmin Qurbanı Olma!” Devizi Altında Təlimlərə Start ‎Verildi

zərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maddi dəstəyi ilə Gəncliyə Yardım Fondu “Radikalizmin Qurbanı Olma!” layihəsinin icrasına  başlayıb. Layihənin  davamı olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə Fakultəsinin tələbələrinə  maarifləndirmə seminarı keçirilib. Təşkil edilən seminarda universitetin müəllim heyəti və tələbələri  iştirak edib. Son dövrlərdə bütün dünyada aktual mövzulardan olan və milyonlarla insanın qurbanına çevrildiyi radikalizmin cəmiyyətə...

“Sabahlara Ümid Ol” Layihəsinin İcrası Tam Gücü İlə Davam Edir

Gəncliyə Yardım Fondunun builki XVI Xeyriyyə sərgisinin həsr olunduğu “Sabahlara Ümid ‎Ol” layihəsinin icrası tam gücü ilə davam edir. Layihə çərçivəsində yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin ‎uşaqlarına geyimlər təqdim olunur.  Gəncliyə Yardım Fondunun H.Z. Tağıyev adına konfrans zalında bu münasibətlə Bakı şəhərində yaşayan yetim, şəhid övladları və ehtiyac sahibi ailələrin uşaqları üçün görüş təşkil edilib. Tədbirdə xeyriyyə layihəsinin...

GYF-Nümayəndələri “Akifdən Vahabzadəyə – İki Şair Bir Şeir” Mövzusunda Beynəlxalq Elmi ‎Panel İştirak Edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Mehmet Akif Ərsoydan Bəxtiyar Vahabzadəyə - iki şair bir şeir” mövzusunda beynəlxalq elmi panel keçirilib. Tədbir Ədəbiyyat İnstitutu, TİKA və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb. Əvvəlcə tədbir iştirakçıları Mehmet Akif Ərsoyun və Bəxtiyar Vahabzadənin əsərlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik...

Bakıda “Kərkükdən Qarabağa” Beynəlxalq Simpoziumu Keçirilib

Simpoziumda Gəncliyə Yardım Fondunun nümayəndələri də iştirak edib. Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və “Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən “Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan,...