Qardaş Türkiyənin Millət Vəkilləri GYF-nin Qonağı Olub

Bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM)  bir qrup millət vəkili Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqlara fondunun təhsil, insani yardım və sosial fəaliyyətləri haqqında  geniş məlumat verib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) AK Parti Giresun millət vəkili Adem Tatlı, başçılıq etdiyi qurupun adından Gəncliyə Yardım Fondunun prezidenti Ahmet...

Millət Vəkili Tələbə Gənclərlə Görüşdü

10.03.2018-ci il tarixində Türkiyəli Millət Vəkili Saadettin Aydın Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdən olan tələbələrlə görüşüb. Görüş zamanı tələbələrə maraqlı məlumatlar verən natiq, əsasən mütaliə mədəniyyəti, kitabla rəftar qaydaları və əsas oxumaq formaları haqqında söz açıb. Diskussiya şəklində davam edən görüşün sonunda cənab Saadettin Aydın tələbələrə maraqlı olan sualları cavablandırıb. Görüşün sonunda Saadettin Aydına...

GYF-da Ənənəvi Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XV əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri,...

Elxan Elatlı GYF-də Gənclərlə Görüşüb

Bu gün GYF Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Azərbaycanlı yazıçı, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü,  Elxan Elatlı (Elxan Əbdürrəhman oğlu Osmanov) Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında müxtəlif universitetlərdə oxuyan gənclərlə görüş keçirib. Görüşdə Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov, Gəncliyə Yardım Fondunun Mətbuat Şöbəsinin müdiri Eldar Kərimov, Mühasibatlıq şöbəsinin əməkdaşı Həsən Rəşidov, gənc yazarlar və fəal...

“Unudulmaz Dərdimiz Qarabağ”‎

Fevralın 24-də Bakı Xətai Sənət Mərkəzində “Unudulmaz dərdimiz Qarabağ” adlı rəsm sərgisi açılıb. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Ziya” İnsan Hüquqlarının Müdafiə Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə reallaşıb. Tədbir iştirakçıları Xocalı abidəsini zityarət edərək gül dəstələri qoyub və  Xocalı hadisələri zamanı həlak olanlar üçün dualar ediblər. Daha sora Xətai Sənət Mərkəzində toplaşan...

Azərbaycandan Qardaş Türkiyənin Afrin Əməliyyatına Dəstək‎ ‎“Qardaşlığımız Əbədidir” Adlı Tədbir Keçirilib

Türkiyənin Afrində başlatdığı terrorla mübarizə hərəkatını dəstəkləmək və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu bəyan etmək üçün Azərbaycan QHT-ləri "Qardaşlığımız Əbədidir" devizi altında silsilə tədbirlər keçirmək məqsədilə təşkilat komitəsi yaradıb. Bununla əlaqədar olaraq 17.02.2018-ci il tarixində Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) təşəbbüsü ilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində başladığı "Zeytun budağı" hərbi əməliyyatına dəstək məqsədilə "Qardaşlığımız əbədidir" adlı tədbir keçirilib. İştirakçılar tədbirdən...

GYF Rəhbərliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin ‎Yaradılmasının 6-cı ‎İldönümü İlə Bağlı Tədbirdə İştirak edib

13 fevral 2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət ‎Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir həyata keçirilib. Bu münasibətlə ‎Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda ‎Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ‎məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.‎ Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət...

‎“Necə Öyrənək, Necə Öyrədək” Seminarı Uğurla Başa Çatıb

İGEDER (İstanbul Gönüllü Eğitimciler Derneği) və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun (GYF) birgə təşkil etdiyi “Necə Öyrənək, Necə Öyrədək?” seminarı uğurla başa çatıb. İGEDER İdarə heyətinin sədri Nuri Özkan və İcraçı katib Mehmed Esad Demircinin mühazirəçi olaraq qatıldığı  seminar,  Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycandakı təhsil könüllüləri və idarəçilərindən ibarət olan təxminən yetmişə yaxın insanın iştirakı...

Gənclər Günündə Gənclər Kitab Oxudu

2 fevral “Gənclər Günü” münasibəti ilə Gəncliyə Yardım Fondu və Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti tələbələr arasında üç günlük kitab oxuma düşərgəsi həyata keçirib. Burada tələbələr əvvəlcədən özləri tərəfindən təyin olunmuş kitabları oxumaqla bərabər, sosial fəaliyyətlərdə və seminarlarda iştirak ediblər. Kitab oxuma düşərgəsində təxminən 70-ə yaxın Azərbaycanın müxtəlif universitetlərinin tələbələri iştirak edib. Proqramın yekun mərhələsi isə Gəncliyə...

2018 Azərbaycanda Gənclər Günü Qeyd Edilir

2 fevral “Gənclər Günü” münasibətlə Gənclər və İdman Nazirliyinin kollektivi və gənclər təşkilatlarının nümayəndələri Fəxri xiyabanı ziyarət edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn gənclər və gənclər təşkilatlarının...