Sosial Fəaliyyətlər Azərbaycanlı Tələbələr Nuri Paşanın Qəbrini Ziyarət Edib

Azərbaycanlı Tələbələr Nuri Paşanın Qəbrini Ziyarət Edib

6

Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən, 100 İllik Əmanət layihəsi çərçivəsində Türkiyə və Azərbaycandan seçilən tələbələr qarşılıqlı olaraq iki ölkəni ziyarət edir.

İki ölkənin ortaq mədəni və tarixi irsi haqqında geniş məlumat verilməsi nəzərdə tutulan layihə çərçivəsində ilk olaraq Türkiyədən gələn tələbələr Azərbaycanı ziyarət ediblər.

 Tələbələr, 1918-ci ildə Osmanlı qüvvələri tərəfindən Bakını qurtarmaq məqsədiylə yaradılan Qafqaz İslam Ordusunun izlədiyi yol boyunca ziyarətlərini davam etdirib. Azərbaycanda bir həftə qalan tələbələr Bakı, Gəncə, Şamaxı, Quba, Zaqatala kimi şəhərləri ziyarət edib və tarixi məkanlarla tanış olublar.

Layihənin ikinci hissəsi isə Azərbaycandan seçilən tələbələrin Türkiyəyə səfəri ilə reallaşır. Bu səfərdə tələbələr Çanaqqalaya gedib və  Çanaqqala Döyüşləri və Azərbaycanlıların döyüş əsnasında fəaliyyətləri haqqında onlara ətraflı məlumat verilib. Hər iki ölkəyə reallaşdırılacaq ziyarətlər əsnasında milli və mənəvi dəyərlər haqqında seminarlar təşkil edilib. Tələbələr, eyni zamanda iki ölkənin tanınmış elm və fikir adamları ilə görüşüblər. Azərbaycandan gedən gənc tələbələr Qafqaz İsalm Ordusunun komandiri Nuru Paşanın qəbrini ziyarət ediblər.

Qeyd edək ki, bu fəaliyyətlər Türkiyənin  Beynəlxalq Gənc Dərnəyi və Gəncliyə Yardım Fondunun təşkilatçılığı  ilə həyata keçirilən “100 İllik Əmanət” layihəsi çərçivəsində həyata keçirilir.