GYF-dən Azərbaycan Əsgərlərinə Dəstək

Aprelin 5-də cəbhə xəttində ermənilərin Azərbaycana qarşı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsini anmaq və qəhrəman ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenati yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib. Gənclər Təşkilatları Milli Şurasının katibi Seymur Orucov şəhidlərin ailələrinə və xalqımıza səbr diləyib, bizim münaqişənin sülh yolu ilə...

GƏNCLƏRİMİZ DƏYƏRLƏRİMİZƏ SAHİB ÇIXDI

Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Gənclik və Dəyərlərimiz” layihəsinin mükafatlandırma mərasimi keçirildi. Tədbirin açılış mərasimində çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet Tecim yetişməkdə olan gəclərimizin həyatında keçmişdən bu günümüzə qədər ata-babalarımızın qoruyub bizə miras buraxdığı dəyərlərin əhəmiyyətindən danışıb. Tədbirdə iştirak edən millət vəkili Məlahət İbrahimqızı öz çıxışında Azərbaycan-Türkiyə qardaşlığından, milli-mənəvi dəyərlərə sahib çıxmağın vacibliyindən söz açıb. Türkiyə Cümhuriyyətinin...

Gənclərimiz Çanaqqalanı Ziyarət Etdilər

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Çanaqqalanı ziyarət ediblər. Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik Layihəsinin Azərbaycandan olan iştirakçıları əvvəlcə layihə çərçivəsində Türkiyənin bir çox tarixi yerlərini ziyarət ediblər. Tələbələrin növbəti ziyarət məkanı tariximizin qürur yeri Çanaqqala olub. Tarixi həqiqətlərə şahidlik edən məkanlar gənclərin marağına səbəb olub. Qeyd edək ki, bu fəaliyyətlər T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsinin (YTB) dəstəyi, Türkiyənin  Beynəlxalq...

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclər Türkiyədədir

Keçmişin İzində Gələcəyə Yürüyən Gənclik layihəsinin ikinci hissəsinə start verilib. Layihəsi çərçivəsində Azərbaycandan Türkiyəyə səfər edən gənclər öz səfərlərinə Ankaradan başlayıblar. Layihə iştirakçıları əvvəlcə T.C. Nazirlər Kabineti və Qohum Topluluklar Komitəsini (YTB) ziyarət ediblər. Tələbələri Komitənin  Mədəniyyət və Sosial Əlaqələr üzrə Şöbə müdiri Murat Gürbüz  qarşılayıb. M.Gürbüz  tələbə gənclərə təmsil etdiyi komitənin fəaliyyəti və Azərbaycan-Türkiyə münasibətləri haqqında məlumat verib.  Tələbələr də öz...

“Bir Həyata Yol Ver”mək üçün Hər Kəs Bir Araya Gəldi‎

Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XIII əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri, Hökumət nümayəndələri və QHT rəhbərləri iştirak edib.  Sərginin açılışında çıxış edən Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının Sədri Ahmet  Tecim bu işdə hər kəsi birliyə və həmrəyliyə dəvət edib.  O, öz çıxışında...

“Bir Həyata Yol Ver!” adlı Ənənəvi XIII Xeyriyyə Sərgisi Keçiriləcək

Hər il ənənəvi olaraq Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə “Azərbaycan və Türkiyə xanımlarının əl işləri Xeyriyyə Sərgisi” təşkil edilir. Sərgidən əldə olunan gəlir Azərbaycan xalqının milli problemlərinə həsr olunur. Belə ki,  keçən illərdə təşkil edilən sərgilər; “Xocalıya Yardım", "Qarabağ Suallar və Faktlar" kitabının nəşri, "Yeddi Uşaq Evinə Yardım", "Qocalar Evinə Yardım", "Uşaqlar Arasında Dişlərə Qulluq Mədəniyyətinin Formalaşması", "Qarabağ Suallar və Faktlar" kitabının türk dilində...

GYF Onların Həyatına Rəng Qatdı

Gəncliyə Yardım Fondu  Sabirabad rayonunda 3 ədəd əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud insanları əlil arabaları ilə təmin edib. Regionlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları rayonlarda, Gəncliyə Yardım Fondu  tərəfindən təmin olunurlar. Bu isə həmin insanların əlil arabaları ilə təmin olunmaq üçün, uzaq məsafə qət edərək və xərc...

Rəqiblərimin gördüklərini mən hiss edirəm… – İlham Zəkiyev

20.02.2016-ci il tarixində Gəncliyə Yardım Fondu və Könüllü Gənclər İctimai Birliyinin təşkilatçılığı, TİKA Bakı Proqram Koordinatorluğunun dəstəyi ilə “Bakı Gənclik Akademiyası” layihəsi çərçivəsində bu dəfə gənclərimizin görüşünə, iki qat paralimpiya, iki qat dünya çempionu, 6 dəfə  Avropa birinciliyində və I Avropa oyunlarında qızıl medal qazanmış  İlham Zəkiyev gəldi. Gənclərimizin səbirsizliklə gözlədiyi görüşdə tədbiri giriş sözü ilə açıq elan edən...

Onlara Dəstək İnsanlığa Hörmətdir

Gəncliyə Yardım Fondu  Səlyan rayonunda əlilliyi olan sağlamlıq imkanı məhdud uşağı əlil arabası ilə təmin edib. Regionlarda yaşayan əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar müvafiq hallarda əlil arabaları ilə faktiki yaşadıqları ünvanda,  təqdim olunur. Bu məqsədlə, Gəncliyə Yardım Fondu  tərəfindən  Səlyan rayonu Yenikənd kənd sakini 2006-cı il təvəllüdlü Ələkbərov Məhəmməd Elşən oğlu əlil arabası ilə təmin olundu. 10...

10 min şəxsə və beynəlxalq qurumlara Xocalı həqiqətləri barədə e-mail göndərilib

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu Xocalı soyqırımının XXIV-il dönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə" mövzusunda inşa yazı müsabiqəsinin yekun mükafatlandırma mərasimi keçirilib. Müsabiqə Bakı şəhər orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil edilib. Təşgil olunan müsabiqədə bir sıra Qeyri Hökumət Təşkilatları və Tələbə Gənclər Təşkilatlarının sədrləri iştirak edib. Tədbir şagirdlərin...