Gəncliyə Yardım Fondunda “Çiçəklənən Azərbaycan” Adlı Sərgi Açılıb
Mayın 1-də Gəncliyə Yardım Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı sərgi açılıb. Azərbaycan Rəssamlar İttifaqı, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır. Sərgidə müxtəlif yaş qruplarına mənsub rəssamların və dekorativ sənət ustalarının...
Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə Çatdırılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu tərəfindən “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində Belçikanın Antverp şəhərində “Türkiyə Azərbaycan Əlaqələri və Ermənistan Problemi” mövzusunda konfrans keçirilib. Konfrans Antverp şəhərindəki Türk mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gəncliyə Yardım...
“Kitab Tutan Balaca Əllər” Layihəsi Çərçivəsində 3 min Şagirdə 9 Adda Kitab Hədiyyə Edilib
Azərbaycan və Türkiyənin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması və iki ölkə arasındakı mədəni əlaqələrin əsasını təşkil edən dahi şəxsiyyətlərin gələcək nəsillərə çatdırılması məqsədilə “Kitab tutan balaca əllər” layihəsi həyata keçirilib. Layihə aprelin 23-də Türkiyə Respublikası Baş Nazirlik Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin (TİKA), Gəncliyə Yardım Fondu və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində reallaşıb. Əvvəlcə Türkiyə...
2018 Azərbaycanlıların Soyqırımı və Dağlıq Qarabağ Həqiqətləri Avropa İctimaiyyətinə Çatdırılacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Gəncliyə Yardım Fondu “Azərbaycanlıların soyqırımı və Dağlıq Qarabağ həqiqətlərinin Avropa ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində 22 aprel 2018-ci il tarixində Belçikanın Antverp şəhərində “Türkiyə Azərbaycan Əlaqələri və Ermənistan Problemi” mövzusunda konfrans keçirəcəkdir. Konfrans Antverp şəhərindəki Türk mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gəncliyə Yardım Fondu...
Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri GYF-nin Qonağı Olub
18.04.2018-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin gənclər və idman nazirlərinin 4-cü konfransı münasibəti ilə Bakıda rəsmi səfərdə olan Türkiyə prezidenti Recep Tayyip Erdoğanın oğlu, İş adamı Bilal Erdoğan və Türkiyənin Gənclər və İdman Naziri Osman Aşkın Bak Gəncliyə Yardım Fondunun qonağı olub. Qonaqlarla birlikdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Əziz Mahmut Hüdayi...
Fərrux Tuzcuoğlu GYF-də Tələbələrlə Görüşüb
Azərbaycan Dövlət İqtisad Universiteti Türk Dünyası İşlətmə Fakültəsinin dekanı Fərrux Tuzcuoğlu Gəncliyə Yardım Fondunda Bakı İstedadlı Gənclər Akademiyasının tələbələri ilə görüşüb. Görüş GYF-nin H.Z Tağıyev adına konferans salonunda baş tutub. Konferansın əsas mövzusu Azərbaycan-Türkiyə arasında münasibətlər və enerji siyasəti ətrafında olub. Bu mövzularla əlaqəli şəkildə bu iki ölkənin xarici siyasətlərinə və enerji məsələlərinə toxunub. Bir saatdan çox davam edən çıxışında...
Onlara Qayğı Bizim Vəzifəmizdir
0.04.2018-ci il tarixində Millət vəkili Fazil Mustafanın müraciəti əsasında Bakıxanov qəsəbəsi M.Fətəliyev küçəsi ev 72 mənzil 112 də yaşayan I qrup əlil Dadaşov Müşfiq Nuruş oğluna əlil arabası təqdim edilib. Əlil arabası Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev tərəfindən təqdim olunub. Gəncliyə Yardım Fondunun həyata keçirdiyi xeyriyyə layihələrindən söz açaraq ətralı məlumat verib. Ailə üzvləri böyük sevinclə qarşılanan dəyərli hədiyyəyə...
Həyat Paylaşdıqca Gözəldir
07.04.2018-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları və fondun vitse prezidenti Salman Əliyev Şəmkir və Bərdə rayonlarında fiziki məhdudiyyətli vətəndaşlarla görüşüb. Gəncliyə Yardım Fondunun əməkdaşları əvvəlcə millət vəkili Sona Əliyevanın iştirakı ilə Şəmkir rayon Bayramlı kəndində olublar. Məmmədova Gülnaz Qədim qızının müraciəti əsasında onun oğlu I qrup əlil olan Məmmədov Leysan Arif oğluna əlil arabası təqdim edilib. Millət vəkili...
Tarixçi Əkbər N. Nəcəf GYF-də Gənclərlə Görüş Keçirib
Bu gün Bakı Gənclik Akademiyasının təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında tarixçi, Azərbaycan Milli Araşdırmalar Assosasiyasının tarix araşdırmaları qrupunun rəhbəri Əkbər N.Nəcəfin müxtəlif universitetlərdə oxuyan gənclərlə görüşü keçirilib. Görüşdə Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu, Gəncliyə Yardım Fondunun Bakı Təhsil koordinatoru Rüfət Şirinov və Bakı Gənclik Akademiyasının koordinatoru Şükür Əndəlifov da iştirak...
Bir Ehtiyac Sahibinin də Ehtiyacı Qarşılandı
Bu gün Gəncliyə Yardım Fondu Xəlilova Sevda Sabir qızının müraciətinə əsasən, Bakı şəhəri Yasamal rayon Şərifzadə küçəsi bina 58 mənzil 22-də yaşayan Xəlilova Ofelya Abduləzim qızına əlil arabası təqdim edib. Gəncliyə Yardım Fondunun əməkdaşları tərəfindən təqdim olunan əlil arabası ailənin böyük sevincinə səbəb olub. Ehtiyac sahibi Ofelya Xəlilovanın qızı Sevda Xəlilova Gəncliyə Yardım Fonduna və onun rəhbərliyinə belə tez...













