Gəncliyə Yardım Fondu Onların Həyatına Sevinc Qatdı

10.10.2017-ci il tarixidndə Millət Vəkilləri Sona Əliyeva və Ülviyyə Ağayevanın təşkilatçılığı və Gəncliyə Yardım Fondunun aztəminatlı ailələrə yardım layihəsi çərçivəsində Gəncə, Şəmkir və Tovuz rayonlarından olan üç fiziki qüsurlu şəxsə əlil arabası təqdim olunub. Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyevin və Millət vəkili Sona Əliyevanın şəxsən iştirakı ilə serebral xəstəliyindən əziyyət çəkən Gəncə şəhərindən olan Məmmədov Yasin Vüsal oğluna...

Gənclər Üçün Yeni İmkanlar Yaradılır

Türkdilli Dövlətlərlə Dostluq və Əməkdaşlıq Cəmiyyətinin təklifi və Türk İşbirliyi və Koordinasiya Agentliyi Başqanlığı Bakı Ofisinin (TİKA) dəstəyi ilə Abşeron rayonunun Güzdək qəsəbəsində gənclərin idmana marağını artırmaq və asudə vaxtlarının daha səmərəli keçirmələrinə dəstək olmaq məqsədi ilə hazırlanmış kiçik ölçülü idman meydançasının açılış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə açıq elan edilib. Türkiyənin Azərbaycandakı...

‎“Gənclər Könül Coğrafiyamızı Kəşf Edir” Layihəsinin İştirakçıları ‎GYF-nın Qonağı Olub

05.10.2017-ci il tarixində Türkiyə Diyanət Vəqfi Bakı Türk Litseyinin və Avcılar Mədəniyyət və İncəsənət mərkəzinin təşkilatşılığı ilə həyata keçirilən “Gənclər Könül Coğrafiyamızı Kəşf Edir” layihəsi əsasında Azərbaycanda olan bir qrup gənc Gəncliyə Yardım Fondunun qonağı olub.  Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonaqları salamlayaraq fond haqqında qısa məlumat verib. İlk dəfə Azərbaycana gələn qonaqlar Azərbaycanın tarix diyarşünaslıq muzeylərini, tarixi...

Türkiyənin Mətbuat Nümayəndələri GYF-ni Ziyarət Edib

28-30 Sentyabr 2017-ci il tarxində V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyəli qonaqlar Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət əsnasında Gəncliyə Yardın Fondun fəaliyyətləri ilə tanış olan “Erkam” Nəşriyyatının Redaktoru Salih Zeki Meriç, Yeni İnsan Jurnalının Redaktoru Akif Pamuk, “Ötüken” Nəşriyyatının müdürü Ertuğrul Alpay, “Türk Edebiyyatı” Vəqfinin sədri Bahtiyar Aslan, İstanbul Bələdiyyəsinin mədəniyyət və incəsənət...

İstanbulda “İslam həmrəyliyi Türkiyə-Azərbaycan Dostluğu ‎Timsalında” Mövzusunda Beynəlxalq Konfrans Keçirilib

Sentyabrın 25-də İstanbul şəhərində “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Bolqarıstan və Monteneqrodan görkəmli ilahiyyatçı alimlər və rəsmi şəxslər İslam həmrəyliyi mövzusunda müzakirələrdə iştirak ediblər. Konfrans Türkiyə Diyanət İşləri Başqanlığı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə...

GYF “Ümid Yeri”-nin Ümidi Oldu

27.09.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun əməkdaşları "Ümid Yeri" uşaq sığınacağını ziyarət edib. Sığınacaqda qalan uşaqların həyat tərzi ilə maraqlanan fondun əməkdaşları onlar üçün yaradılan şəraitlə yaxından tanış olub. "Ümid Yeri" uşaq sığınacağının rəhbəri Nigar Mənsimli qonaqlara ətraflı məlumat verərək, altmışa yaxın uşağın burda məskunlaşdığını qeyd edib. "Ümid Yeri" nə daxil olan hər bir uşaq həkim müayinəsindən keçirildiyini, sosial...

Kərkük Kültür Dərnəyinin Sədri GYF-də Görüş Keçirib

23 sentyabr 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Kərkük Kültür Dərnəyi və Türkməneli Kültür Mərkəzinin təsisçisi və sədri Dr. Şəmsəddin Kuzəçi görüş keçirib. Görüşün əsas məqsədi İraqda yaşayan Kərkük türklərinin dünya türkləri ilə sıx əlaqələrinin qurulması və bu minvalla ədədi körpülərin salınmasına xidmət edib. Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin...

Cocuq Mərcanlı Sakini Oktay Həziyev GYF-nın Qonağı Olub

21.09.2017-ci il tarixində  “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatında iştirak edən Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev Gəncliyə Yardım Fondunun qonağı olub. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim fondun xidmətləri haqqında qonağa ətraflı məlumat verib. Daha sonra işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası  və yenidən qurulmasında...

Cocuq Mərcanlıdan Bəhs Edən Kitabın və Filmin ‎Təqdimatı Olub

Sentyabrın 21-də Bakıda “İlham Əliyev bizi Cocuq Mərcanlıya qaytardı” kitabının və “Böyük Qayıdışın başlanğıcı – Cocuq Mərcanlı” filminin təqdimatına həsr olunan tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Cocuq Mərcanlının işğaldan əvvəlki vəziyyətini və bərpası ilə bağlı görülən işləri əks etdirən stendlərə baxıblar. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək bildirib ki, Cocuq...

Cocuq Mərcanlı İşğaldan Azad Olunmuş Qəsəbədə İlk Dərs Günü

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlıda 24 ildən sonra ilk dərs gününü tarixi hadisə adlandırıb Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Bilik günü münasibətilə Cocuq Mərcanlı kənd tam orta məktəbində keçirilən mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Məcburi...