Gəncliyə Yardım Fondu Bəyanat Verdi
Gəncliyə Yardım Fondunun İyulun 4-də Ermənistan ordusunun bölmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutmaları nəticəsində dinc sakinlərin öldürülməsi iə bağlı bəyanatı: Azətbaycanın tarixi Qarabağ torpaqlarını misli görülməmiş vəhşiliklə işğal edən erməni ordusunun heç bir hərb etikasına sığmayan və dinc sakinləri hədəf alan vəhşilikləri bu gün də davam edir. Belə ki, İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi...
Rəhbərliyi Türkiyə Cumhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özoralla Görüşüb
19.06.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim və fondun İctimai Əlaqələr şöbəsinin əməkdaşı Zəki Şahin Mübarək Ramazan ayı münasibətilə Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Fövqəladə və Salahiyyətli səfiri cənab Erkan Özoralı ziyarət edib. Görüş əsanasında cənab səfirə fondun Azərbaycanda uzun illərdən bəri uğurla həyata keçirdiyi humanitar, sosial və təhsil fəaliyyətləri ilə bağlı geniş məlumat verilib. Cənab səfir Erkan Özoral GYF...
Gəncliyə Yardım Fondunda Şəhid Ailələri Üçün İftar Süfrəsi Açıldı
20.06.2017-ci il tarixində Gəncliyə Yardım Fondunun konfrans zalında fond tərəfindən təşkil olunmuş şəhid və qazi ailələrinə iftar süfrəsi açılıb. İftar programında şəhid ailələri ilə birlikdə tələbələr və imkansız ailələr də iştirak edib. Program Müqəddəs Qurani-Kərimdən ayələrin tilavəti ilə başlayıb. Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim mübarək Ramazan ayında belə bir iftar süfrəsi ətrafında olduğu üçün öz məmnunluğunu bildirib və...
Gənclər Fondu Milli Qurtuluş Gününə Həsr Edilmiş Tədbir Keçirib
Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov,...
Nobel Mükafatı Laureatı Aziz Sancar Gənclərlə Görüşüb
T.C. Bakı Böyükelçiliyinin təşkilatçılığı ilə Nobel Mükafatı Laureatı Aziz Sancar Azərbaycanda təhsil alan müxtəlif universitetlərin tələbələri ilə görüşüb. Tədbirdə Gəncliyə Yardım Fondunun Gənclik Akademiyasının tələbələri də iştirak edib. Dr. Aziz Sancar tələbələr qarşısında çıxış edərək həyatda uğur qazanmağın ən başlıca formulları haqqında maraqlı məlumatlar verib. Azərbaycandan gələn təklifi düşünmədən qəbul etdiyini deyən alim Azərbaycanla Türkiyə arasındakı münasibətləri də yüksək qiymətləndirib. Dr....
Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabatı Tədbiri Keçirilib
17.06.2017-ci il tarxində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının İllik Hesabat Tədbiri və Üzvlərinin Məclisi həyata keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə məclis açıq elan edilib. Məclisin başlanması üçün yetərsay müəyyən edilib, gündəlik təsdiq olunub. Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov ARGTMŞ üzvlərinin statusu ilə bağlı səsvermənin həyata...
Ramazan Ayında Ehtiyac Sahibi Ailələr Unudulmadı
Gəncliyə Yardım Fondu hər il olduğu kimi bu il də mübarək Ramazan ayı boyunca ehtiyac sahibi ailələri unutmadı. Ramazan ayının əvvəlindən etibarən fonda müraciət etmiş və nəzarət-təftiş komissiyasının təsdiqlədiyi ailələr bir-bir ünvanlarında ziyarət edilərək ərzaq paketi yardımı təqdim edilir. Bu xeyriyyə işində əsas məqsəd mübarək Ramazan ayında ehtiyac sahibi ailələri ziyarət etmək, onların ehtiyaclarını qarşılamaq və bu ayı bayram...
Tədris Korpusumuz Yenilənərək Tələbələrin İstifadəsinə Verildi
Gəncliyə Yardım Fondunun Mərkəz binasında fəaliyyət göstərən GYF Dil Kurslarının sinif otaqları Türk İşbirliyi və Kordinasya Agentliyi Nazirliyinin (TİKA) dəstəyi ilə müasir dizayna uyğun olaraq təmir edilib və ən müasir texnoloji qurğularla təchiz edilərək kurslardan istifadə edən tələbələrin istifadəsinə verilib. Binanın təmirdən sonrakı açılış mərasimində TİKA Orta Asiya və Qafqaz Bölgəsinin Başqanı Ali Özgün Öztürk, TİKA Bakı Koordinatoru Adem...
GYF-nin ənənəvi iftar proqramları başladı
Hər il ənənəvi olaraq Ramazan ayının əvvəlindən sonunadək Gəncliyə Yardım Fondunun konfrans zalında təşkil edilən iftar proqramları bu il də davam edir. Gündəlik 300 nəfər üçün hazırlanan iftar süfrələrində cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edir və Ramazan ayının sevincini birlikdə yaşayırlar. Bununla birlikdə Ramazan ayı boyunca imkansız ailələrə, şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə iftar süfrələri açılacaq və Ramazan bayramına...
Dil Kurslarımızı Müvəffəqiyyətlə Bitirənlərə Sertifikatlar Verildi
27 may 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun konfrans zalında fondun nəzdində təşkil olunmuş növbəti kompyuter və muhasibatlıq kurslarını müvəffəqiyyətlə bitirmiş müdavimlərə sertifikatların təqdim olunması mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilib. Mərasimdə giriş sözü ilə çıxış edən Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev tədbirdə iştirak edən bütün qonaqları salamladı və müəllim əməyinin əhəmiyyətinin qiymətsiz olduğunu...














