GYF-da Tələbələr Arasında İntellektual Oyun Keçirilib
Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adna konfrans zalında 11.03.2017 tarixində fondun tələbələri arasında intellektual bilik yarışması keçrilib. Müsabiqədə ümumilikdə beş komanda iştirak edib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Müsabiqə üç turdan ibarət olmaqla hər turda iyirmi sual səsləndirilib. Müsabiqə boyunca ümumilikdə altmış sual konadalara təqdim olunub. Müsabiqədə iştirakçılara dəstək olmaq üçün Gəncliyə Yardım Fondunun Təhsil şöbəsinin rəhbər...
“Şəhidlərimizin Övladları Bizə Əmanətdir” Adlı Xeyriyyə Sərgisinin Açılış Mərasimi Keçirilib
Bu gün Gəncliyə Yardım Fondunda Azərbaycan və Türkiyə xanımlarının birgə əməyinin bəhrəsi olan ənənəvi XIV əl işləri Xeyriyyə Sərgisinin açılış mərasimi keçirilib. Ölkəmizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni və Türkiyə Cumhuriyyətinin İstiqlal marşı ilə tədbir açıq elan edilib. Sərginin açılış mərasimində Milli Məclisin deputatları, Türkiyə səfirliyinin müşavirləri,...
Doç. Dr. Mehmet Lütfi Arslan Gənclərlə Görüşdü
25.02.2017-ci il tarixində Gəncliyə Yardım Fondunda İstanbul Universitetinin müəllimi və Gənc jurnalının baş redaktoru Doç.Dr.Mehmet Lütfi Arslanla görüş keçirilib. Görüşdə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim və fəal gənclər iştirak edib. İlk olaraq Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim qonağı salamlayıb. Gənclərlə görüşü qəbul etdiyi üçün təşəkkürünü bildirib və bu görüşdən gənclərin öyrənəcəyi çox dəyərli fikirlərin olduğunu qeyd edib. Doç.Dr.Mehmet Lütfi Arslan...
Müharibə Uşaqların Gözü İlə
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə 23.02.2017-ci il tarixində Xocalı Soyqrırımının XXV il dönümünə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Xocalı faciəsini əks etdirən foto sərgi təşkil edilib, Xocalı faciəsini dünya ictimaiyyətinə tanıtmaq üçün beynəlxalq təşkilatların e-mail ünvanlarına Xocalı faciəsini əks etdirən...
GYF-da Xocalı Sakinləri İlə Görüş Keçirilib
Bu gün Gəncliyə Yardım Fondu və Xocalı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş şəhidlərimizi anma programı” keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Xocalı Rayon İcra Hakiminin birinci müavini Vahid Əliyev, Prezident Administrasiyasının nümayəndəsi Rasim Mirzəyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin baş məsləhətçisi Cəlil Hacıyev,...
“Vergi Məcəlləsindəki Dəyişikliklərin Gənclər Təşkilatlarına Təsiri” Adlı Seminar Keçirilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 31 yanvar 2017-ci il tarixində, saat 11:00-da Vergilər Nazirliyinin inzibati binasında “Vergi Məcəlləsindəki dəyişikliklərin gənclər təşkilatlarına təsiri” adlı seminar keçirilib. Seminarda Gəncliyə Yardım Fondunun Mühasibat şöbəsinin əməkdaşları iştirak edib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin məqsədi kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və...
Qardaş Türkiyədən Gələn Nümayəndə Heyəti GYF-nin Qonağı Olub
Bu gün Türkiyə Cumhuriyyəti Gənclik və İdman Nazirliyi və Diyanət Vəqfinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Könül Ərləri” layihəsi çərçivəsində Azərbaycanda səfərdə olan nümayəndə heyəti o cümlədən T.C.Gənclik və İdman Nazirliyinin nümayəndələri Şükrü Yılmaz, Ahmet Uzak və T.D.V. Təhsil Koordinatoru Mehmet Yasa Gəncliyə Yardım Fondunu ziyarət edib. Qonaqlar Gəncliyə Yardım Fondunun fəaliyyətləri ilə yaxından tanış olub. Nümayəndə heyətinə Azərbaycanda...
Gəncliyə Yardım Fondunun Kollektivi Şəhidlər Xiyabanını Ziyarət Edib
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim başda olmaqla fondun bütün kollektivi Şəhidlər Xiyabanına gələrək 20 yanvar faciəsinin qurbanlarının məzarlarını ziyarət edib, məzarlar üzərinə tər qərənfillər düzüblər. Qeyd edək ki Fond, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər də həyata keçirib.
“20 Yanvar Faciəsi Xalqımızın Qəhrəmanlıq Salnaməsidir”
“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş mərasimlə bağlı konfrans və Bakı şəhər orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “20 yanvar xalqımızın qəhrəmanlıq səlnaməsidir” mövzusunda inşa yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Gəncliyə Yardım Fondunun və Bakı Şəhər...
“Davosa Doğru-Bakı” Forumu Keçirilib
Azərbaycan Diplomatik Akademiyasinda (ADA), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Gənclər Fondu və "Youth İnc" Gənclərin Sahibkarlıq Proqramının dəstəyi ilə 17.01.2017-ci il tarixində "Davosa Doğru-Bakı" Forumu keçirilib. Forumda Gəncliyə Yardım Fondunun nümayəndə heyəti iştirak edib. Tədbirin təçkilatçısı Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və "Global Shapers Community Baku" tərəfindən təşkil olunan forum gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi...














