İİTAM-ın 7 İlliyinə Həsr Olunmuş Tədbir Keçirildi TAM-ın 7 İlliyinə Həsr Olunmuş Tədbir Keçirildi
7 yanvar 2017-ci il tarixində Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adında konfrans zalında İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin 7 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Gəncliyə Yardım Fondunun rəhbərliyi və İATM-in tərəfdaşları iştirak edib. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Ruslan Atakişiyev tədbir iştirakçılarına İATM-in keçdiyi yol barəsində məlumat verib. Tədbirdə iştirakçılara həmçinin, İATM-in fəaliyyətini əks etdirən videoçarx...
rəvan “Gizlədilmiş Həqiqətlər” Adlı Sənədli Filmin Təqdimatı Olub
21 Dekabr 2016-cı il tarixində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İKT Mərkəzinin istehsalı olan “İrəvan: gizlədilmiş həqiqətlər” sənədli filminin təqdimat mərasimi olub. Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, millət vəkilləri və Gəncliyə Yardım Fondunun nümayəndələri iştirak edib. Sənədli...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Yanındayıq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Kayseridə törədilmiş amansız terror aktına görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kayseridə törədilmiş amansız terror aktı nəticəsində türk əsgərlərinin şəhid olması və yaralanması xəbəri bizi son dərəcə kədərləndirdi. Biz bu qanlı hadisəni lənətləyir, dəhşətli bəlaya çevrilmiş terrorizmə qarşı mübarizənizdə Sizi dəstəkləyir və daim qardaş Türkiyənin yanındayıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların...
Onun Sevinci Hər Şeyə Dəyər
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məlahət İbrahimqızının təşəbbüsü və Gəncliyə Yardım Fondunun maaliyə dəstəyi ilə Bakı şəhəri ikinci Alatava ərazisində yaşayan 20 yaşlı Mirzəyev Novruz İlham oğluna bir ədəd əlil arabası təqdim olunub. Təqdimetmə zamanı Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev iştirak edərək əlil arabasını təqdim edib. Gəncliyə Yardım Fondunun xeyriyyə aksiyalarından danışaraq qısa bir məlumat verib. Təkcə 2016-cı...
GYF-də Beynəlxalq Gənc Dərnəyinin Fəalları İlə Görüş Keçirilib
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, ASAN Könüllüləri Təşkilatının təşkilati dəstəyi ilə "I Beynəlxalq Startup Akademiyası: Gəncə 2016" layihəsi həyata keçirilib. Layihə üç gün təşkil edilib. Bu zaman çərçivəsində yerli və xarici ekspertlərdən ibarət olan təlimçilər qrupu innovativ-texnoloji layihələrin yaradılması, inkişaf etdirilməsi mövzusunda öyrədici və istiqamətləndirici təlimlər aparılıb və gənclərin bu sahədə ideyalarını həyata keçirmək üçün qarşılarına çıxan...
Şəhidlərimizin Məzarı Ziyarət Olunub
13.11.2016-cı il tarixində Gəncilyə Yardım Fondunun bir qurup könüllü gənci, torpaqlarımızın erməni qəsbkarlarından azad etmək uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalan şəhid Mübariz İbrahimovun məzarını ziyarət edib. Məzarı üzərində dualar oxunub. Gənc könüllülərə Mübarizin bir gecədə xalqının qəhrəmanına çevrilməsindən danışılıb. Adı Azərbaycanın qəhrəmanlıq tarixinə yazıldığından bəhs olunub. Onun göstərdiyi şücayətin bütün türk dunyasında örnək göstriləcək, adına dastanlar yazılacaq bir...
“Seyid Yəhya Şirvani və Xəlvətilik” Kitabının Təqdimat Mərasimi Keçirildi
Noyabr ayının 11 –də Gəncliyə Yardım Fondununun Hacı Zeynalabdin Tağıyev adına konfrans salonunda Nəzakət Məmmədlinin müəllifi olduğu “Seyid Yəhya Şirvani və Xəlvətilik” kitabının təqdimatı olub. Tədbirdə iştirak edənlər arasında Gəncliyə Yardım Fondunun Prezidenti Ahmet Tecim, Uluslararası Kalkınma və İşbirliği Derneği Başqanı Musa Serdar Çelebi, TİKA Baku Koordinatörü Adəm Urfa, Bakı Dövlət Universiteti İlahiyyat Fakultəsinin dekanı Osman Aydın, AMEA Əlyazmalar...
“Gənclik və Dövlət Müstəqilliyi Gələcəyə Baxış” Mövzusunda Gənclərin Respublika Konfransı Keçirilib
Noyabrın 10-da Bakıda “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda gənclərin respublika konfransı keçirilib. Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan konfransda Azərbaycan Respublikası Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə köməkçisi Əli Həsənov, Gənclər və İdman Naziri Azad Rəhimov, Milli Məclisin deputatları, Gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. Müstəqilliyin qorunmasında və dövlət quruculğunda gənclərin rolundan danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov...
“Mənim Bayrağım” Mövzusunda Keçirilən İnşa Yazı və Şeir Müsabiqəsinin Qalibləri Mükafatlandırıldı
Bu gün Gəncliyə Yardım Fondu və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi təşkilatçılığı ilə “9 noyabr- Azərbaycan Dövlət Bayrağı günü” münasibətilə konfrans və “ Mənim bayrağım” mövzusunda keçirilən inşa yazı və şeir müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər Baş İdarəsinin rəisi Rafiq Abbasov qurulan şəraitə görə Prezident Administrasiyasına və Gəncliyə Yardım Fondu...
Tarixi Vətəndən Sürgünün Anım Mərasimi Keçirildi…
5 noyabr 2016-cı il tarixində Gəncliyə Yardım Fondunda Axısxalı Türklərin iştirakı ilə tarixi vətəndən sürgünün 72-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Keçirilən mərasimdə 14 noyabr 1944-cü ildə Axısxa Türklərinin tarixi vətənləri olan Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindən Orta Asiya çöllərinə sürgün edilməsinin 72-ci ildönümü qeyd olunub. Tədbiri giriş sözü ilə açan Axısxa türkləri “Vətən” İctimai Birliyinin Sədri İbrahim Məmmədov Axısxa türklərinin sürgün...














