Sosial Fəaliyyətlər İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda iştirak edən bir qrup nümayəndə...

İƏT-ə üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda iştirak edən bir qrup nümayəndə heyəti GYF-ni ziyarət ediblər

5

Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin III Forumunda iştirak edən Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) sədri cənab Süleyman Şənsoy və Strateji Araşdırmalar Mərkəzinin (SAM)… 

sədr müavini cənab Məsut Özcanın rəhbərliyi altında bir qrup nümayəndə heyəti Gəncliyə Yardım Fondunda olublar.  Fondun prezidenti cənab Ahmet Tecim qonaqlara fondun fəaliyyətləri haqqında geniş məlumat verib. Fondun fəaliyyətləri ilə yaxından tanış olan qonaqlar Azərbaycan və Türkiyə arasındakı milli və mədəni əlaqələrin gücləndirilməsində bu fəaliyyətlərin əvəzsiz olduğunu qeyd ediblər.

    Görüşün sonunda qonaqlara milli arqumentlərlə bəzədilmiş hədiyyələr tədim edilib və xatirə şəkilləri çəkilib.