Sosial Fəaliyyətlər TİKA nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub

TİKA nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub

7

Türkiyə Nazirlər Kabineti yanında Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA)  sədr müavini Mehmet Süreyya Ərin rəhbərliyi altında Azərbaycanda rəsmi-işgüzar səfərdə olan nümayəndə heyəti Gəncliyə Yardım Fondunun qonağı olub.  Fondun rəhbərliyi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.  Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. 

Görüşdə iştirak edən TİKA-nın Azərbaycan üzrə proqram əlaqələndiricisi Salih Polat, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondu ilə birgə həyata keçirdikləri layihələr və bu ləyihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıb.

     Görüşün sonunda qonaqlara Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən Qarabağ: Suallar və Faktlar kitabı hədiyyə edilib və qonaqlarla xatirə şəkilləri çəkilib.