Sosial Fəaliyyətlər Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırıldı

7

18.01.2012-il tarixində Gəncliyə Yardım Fondunda Bakı şəhərindəki orta məktəb şagirdləri arasında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.

        Gəncliyə Yardım Fondunun və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iştirakçılar 1990-cı ilin Qara Yanvar qurbanlarının xatirəsini yad etmişlər. Sonra qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş olunmuşdur. Gəncliyə Yardım Fondunda həyata keçirilən tədbir 20 yanvar facisəninin 22-ci ildönümünün yad edilməsi, gənc nəslin nümayəndələrinə vətənə sevgi hisslərinin aşılanması, onlar arsında milli vətənpərvərlik ruhunun və Azərbaycan tarixinin təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək &¨çün şəraitin yaradılması məqsədilə baş tutub.

    Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun icraçı direktoru Nəcməddin Akbulut tədbir iştirakçılarına şəhidlik fəlsəfəsindən danışıb.

    “Bizi bu gün burada bir araya gətirən ortaq dəyərlərimiz, ortaq hisslərimiz və şəhidlərin ruhuna olan hörmətimizdir. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun. Şəhid olmaq demək ölmək demək  deyil canını vətən yolunda qurban verərək ölməzliyə qovuşmaq deməkdir.

    Ürəklərində vətən sevgisi olan şəhidlərimiz vətənin müstəqilliyi uğrunda 22 il öncə öz canlarından keçiblər. 20 yanvar günü Azərbaycanın və bütün türk dünyasının hüzun günü olmaqla yanaşı həm də qəhrəmanlıq günüdür” deyə o, bildirib.

    Azərbaycan Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev öz çıxışında vətən yolunda canından keçmiş şəhidlərin heç zaman unudulmayacağını vurğulayıb.

    “Vətən uğrunda canından keçmiş şəhidlərin ruhu hər zaman yad ediləcək. Hər birimizə vətən üçün böyük işlər görmək nəsib olsun”.

    Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasov məktəblilərə savadlı, vətənpərvər olmağı tövsiyyə edib.

    “Dövlət gənclər siyasətinə böyük önəm verir. Dövlətin qüvvəsinin əsas məmbəyi insan kapitalıdır. Bütün məktəblilərə savadlı öz vətənini sevən bir gənc kimi yetişməyi tövsiyyə edirəm”.

    O, çıxışında müsabiqədə iştirak edən məktəbliləri təbrik edib və gələcək həyatlarında onlara uğurlar arzulayıb.

    Mərasimdə 20 yanvar faciəsi zamanı Azərbaycan xalqının başına gətirilənlərdən bəhs edən  video rolik təqdim olunub.

    Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov mərasimdə  çıxışı zamanı Prezident Administarsiyası tərəfindən 20 yanvar facisəsinin 22-ci ildönümü ilə əlaqədar  keçiriləcək tədbirlər planının hazırlandığını bildirib.

    O, vurğulayıb ki, bu ildə həm  ölkə daxilində həm də ölkə xaricində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması məqsədilə təbliğat xarakterli tədbirlər keçiriləcək.

    “Biz hər birimiz istifadə etdiyimiz internet resursları vasitəsilə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. Bu bizim borcumuzdur”, –  deyə o, qeyd edib.

    Sonda 20 yanvar cəmiyyətinin sədri Soltan Əzimzadə müsabiqənin təşkilatçılarına öz minnətdarlığını bildirib.

    Sonra mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

    Müsabiqədə müvafiq olaraq birinci, ikinci və üçünc&¨ yerləri tutmuş Nərimanov rayonundakı 207 nömrəli məktəbin 10-cu sinif şagirdi Fatimə Məmmədova, Səbail rayonundakı 236 nömrəli məktəbin 9-cu sinif şagirdi Gültac Süleymanova və Xətai rayonundakı 287 nömrəli məktəbin 10-cu sinif şagirdi Aysel Babazadəyə təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri təqdim edilmişdir.