Sosial Fəaliyyətlər Türkiyə Diyanət Vəqfi Mütəvəlli Heyət başçısı Fondumuzu ziyarət edib

Türkiyə Diyanət Vəqfi Mütəvəlli Heyət başçısı Fondumuzu ziyarət edib

8

16.04.2012-ci il tarixində PARK İNN hotelində T. C Bakı Böyükelçiliyi Din Xidmətləri müşavirliyinin təşkilatçılığı ilə Hz. Peyğəmbərimizin doğum gününə həsr olunmuş “Hz. Peyğəmbər, Qardaşlıq Əxlaqı və Qardaşlıq Hüququ” adı altında tədbirdə iştirak etmək üçün Azərbaycnda səfərdə olan Türkiyə Diyanət Vəqfi Mütəvəlli heyət başçısı və Diyanət İşləri Başqanının vəkili Mazhar Bilgin Gəncliyə Yardım Fondunu ziyarət edib.

     Fondun rəhbərliyi ilə görüşən qonaqlara günü gündən inkişaf edən Azərbaycan haqqında geniş məlumat verilib.  Çay süfərsi ərtafında davam edən görüşdə Fondun həyata keçirdiyi fəaliyyətləri özündə əks etdirən video-rolik nümayiş etdirilb. 

     Görüşdə iştirak edən T.C. Baku Böyükelçiliyi Din Xidmətləri müşaviri cənab Sadiq Eraslan, Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecimə bu uğurlu fəaliyyətlərinə görə öz təşəkkürünü bildirib və Gəncliyə Yardım Fondu ilə birgə həyata keçirdikləri layihələr və bu ləyihələrin iki dövlət arasındakı qardaşlıq əlaqələrinin daha da inkişafındakı əhəmiyyətindən danışıb.

     Görüşün sonunda qonaqlara Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən Qarabağ: Suallar və Faktlar kitabı hədiyyə edilib və qonaqlarla xatirə şəkilləri çəkilib.