Sosial Fəaliyyətlər Türkiyəli professor Nurullah Gənc “Gəncliyə Yardım Fondun” da olub

Türkiyəli professor Nurullah Gənc “Gəncliyə Yardım Fondun” da olub

62

“Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin tanınmış ədəbiyyat və elm xadimi, professor Nurullah Gənc bu gün səhər Gəncliyə Yardım Fondunun İdarə Heyətinin üzvləri və tələbələrlə görüşüb.

   Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti, Ahmet Tecim qardaş ölkədən gəlmiş dəyərli elm və sənət xadimini Azərbaycanda salamlamaqdan məmnun olduğunu bildirib. O, bu səfərin iki qardaş ölkə arasında mədəni əməkdaşlığın gözəl örnəyi olacağına inandığını qeyd edib.

   Tədbirdə iştirak edən  “Avrasya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Millət vəkili Qənirə xanım Paşayeva bu görüşün çox əlamətdar bir görüş olduğunu bildirdi və dəyərli elm xadiminin bugunku gəncliyimizə örnək olacağına inandığını dedi.

   Milli-mənəvi dəyərlərimizdə ədəbiyyatın rolu və gənclik mövzusunda gənclərin qarşısında çıxış edən professor Nurullah Gənc  Azərbaycana dəvət edilməsindən, nəzərdə tutulan zəngin səfər proqramından məmnun olduğunu bildirdi və hər yeni elmi-mədəni layihənin qardaş ölkələr və xalqlar arasında yeni əməkdaşlıq imkanları açdığına inamını qeyd etdi.

   Görüşün sonunda qonağa xatirə hədiyyələri, o cümlədən Azərbaycan tarixi və həqiqətlərini özündə əks etdirən “Qarabağ: Suallar və Faktlar” kitabı hədiyyə edilmiş və qonaqla birlikdə xatirə şəkilləri çəkilmişdir.