Sosial Fəaliyyətlər Gənclər insan alverinə “yox” dedi

Gənclər insan alverinə “yox” dedi

21

  Bu gün Gəncliyə Yardım Fondunun akt zalında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) və “World Vision” beynəlxalq təşkilatının Azərbaycandakı ofisi ilə birgə “İnsan Alverinə Qarşı Gənclər Kampaniyası” adlı tədbir həyata keçirib. 

    Tədbirdə 50 gənc iştirak edib.

Tədbirdə çıxış edən ARGTMŞ-ın mətbuat katibi Orxan Əli “ bildirib ki, tədbirin əsas məqsədi Azərbaycan gənclərinin insan alveri ilə bağlı məlumatlılığın artırılmasıdır. 

    “World Vision” beynəlxalq təşkilatının Azərbaycandakı ofisinin nümayəndəsi Vüqar Əhmədov bildirib ki, tədbirin keçirilməsi əhəmiyyətlidir: “Gənclər daha çox insan alverinin qurbanına çevrilirlər. Odur ki, biz səylərimizi birləşdirib bu təhlükədən insanları əsasən də gəncləri qorumalıyıq”.
    Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev bildirib ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizi mövcud təhlükə mənbəyi olan insan alverindən qorumaq məqsədi daşıyır. 

    Daha sonra ekspert Mehriban Zeynalova gənclər bu problemlə bağlı geniş məlumat verib. Dəyirmi masa gənclərin fikir və müzakirələri ilə davam etdirilib.