Sosial Fəaliyyətlər Gəncliyə Yardım Fondu Gənclər Təşkilatlarının IV Respublika sərgisində fəal təmsil olunub

Gəncliyə Yardım Fondu Gənclər Təşkilatlarının IV Respublika sərgisində fəal təmsil olunub

6

 “Bakı Ekspo” sərgi kompleksində üç gün davam edən Gənclər Təşkilatlarının IV Respublika sərgisi 30 noyabr tarixində öz işini yekunlaşdırıb. Sərgidə 76 gənclər təşkilatı iştirak edərək öz fəaliyyətləri barədə sərgi ziyarətçilərini məlumatlandırıblar.

     Gəncliyə Yardım Fondu da sərgidə ən fəal şəkildə təmsil olunub. Gəncliyə Yardım Fondunun pavilionunda ziyarətçilərə təşkilatın fəaliyyəti və həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib. Ziyarətçilər eyni zamanda yaxın gələcəyə planlaşdırılan layihələr barədə məlumatlandırılıblar. 

   Sərginin açılışında ölkə Prezidenti İlham Əliyev də iştirak edib. Eyni zamanda Gənclər və İdman naziri Azad Rəhimov və Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gəncliyə Yardım Fondunun fəaliyyəti ilə yaxından tanış olublar  və həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.